Acer peşəkarlar üçün çərçivəsiz 6K ProDesigner monitorunu təqdim etdi
CES 2026 sərgisində Acer şirkəti peşəkar kontent yaradıcıları üçün nəzərdə tutulmuş ProDesigner (PE320QX) monitorunu nümayiş etdirib. Yüksək təsvir ölçüsündən əlavə, model dəqiq rəng ötürülməsi və gündəlik iş prosesini asanlaşdıran geniş interfeys dəsti ilə seçilir.
Acer ProDesigner (PE320QX) 32 düymlük IPS matris ilə təchiz olunub
(8 bit + FRC). Cihazın təsvir ölçüsü 6016×3384 piksel, yenilənmə tezliyi isə 60 Hz-dır, Qeyd edək ki, HDR dəstəyi də mövcuddur.
Ekranın maksimal parlaqlığı 600 nit, rəng əhatəsi isə 98% DCI-P3 və 99% Adobe RGB təşkil edir. Panelin cavab müddəti 4 ms (GtG) səviyyəsindədir.
Monitorun interfeys imkanları da kifayət qədər zəngindir: DisplayPort 2.1, HDMI 2.1, həmçinin iki ədəd USB 4 portu (100 və 15 Vt güc ötürülməsi ilə) təqdim olunur. Bundan əlavə, Type-A portlara malik USB-hub və daxili stereo dinamiklər də mövcuddur.
Acer ProDesigner monitorunun Avropa bazarında 2026-cı ilin üçüncü rübündə satışa çıxarılması planlaşdırılır. Tövsiyə olunan qiymət isə 1499 avro olacaq.
The post Acer peşəkarlar üçün çərçivəsiz 6K ProDesigner monitorunu təqdim etdi appeared first on InfoCity.
