Добавить новость
123ru.net
World News in Turkish
Август
2019

Qaranlıqdan aydınlığa bir yol gedir: Yolçusu – İnsan, Yolu – Mübarizə.

0

“Əhliman bir duyğular adasının adamı idi.Ada hesreti -azadlıq hesreti apardı onu.O özüylə bir şey apardı.Biz neyi aparacayıq, bilmirem?!”
Eyvaz Hüseynov.

Düzü Əhliman Bəyi bircə dəfə də olsun görməmişəm onun sağlığında. Amma haqqında o qədər gözəl işıqlı fikirlər eşitmişəm ki…
Onunla Naxçıvan Pedaqoji İnstitutunda həm tələbə yoldaşı həm gözəl dost olmuş əmim Eyvaz Hüseynovdan ,Culfamızın ən mədəni,işıqlı ziyalılarından biri və yenə nakam şairin uşaqlıq dostu Surxay Qocayevin uca dost vəfasıyla şairin ölümündən sonra çap etirdiyi “Asimana qovuşan” şer kitabından tanıyıb sevmişəm.Şeirləri ruhumu silkələyib əməlli-başlı.Bu üzdən birikən duyğularımı yazmaqla rahatlamaq istədim mərhum Əhliman Bəylə bağlı olaraq…

Bir şair var idi bu dünyada,cismiylə,ruhuyla,misralarıyla təpədən dırnağa soykökünə,tarixinə ən zərif şair ürəyiylə bağlanan cəsur vətəndaş,əsl ziyalı olan Əhliman Ərəfsəli.Çox erkən tərk etdi bu dünyanı,amma xatirəsi qəlblərdə həmişəyaşardır bu incə ruhlu şairin.İnsanoğlunun var oluşundan ömrünün sonunadək getdiyi YOLUN MÜBARİZƏSİNİN fəlsəfəsi bu şerdəki qədər gözəl,sərrast verilə bilməz…

ƏHLİMAN ƏRƏFSƏLİ(1955-1994).
Mübarizə.
Çətin, ya asan
bir ömürlük
yol gedir insan.
Ömür yolu qısa deyil
insan kimi yaşasan.
O qədər dı uzun deyil
hər şeyə vaxt tapasan.
Bu həyatda atəş olub
qaranlığı yandır, yax.
Sən işığa, aydınlığa
ümid dolu, həsrət dolu
bəbəklərlə bax.
Nə ağ qoça,
Nə də Zümrüd quşunun
qanadına arxalan.
Nə aciz ol,
nə də gözlə möcüzə.
Qaranlıqdan aydınlığa
bir yol gedir:
Yolçusu – İnsan,
Yolu – Mübarizə.

Aşağıdakı digər misralar isə Əhliman Ərəfsəlinin “Bir yaz günü” şerindəndir.Bir yaz gününün rəsmini bu qədər gözəl təsvir etmək üçün gərək ki rəssam olasan.Sözün rəssamlığı da belə olurmuş demək ki…
Rəng,palitra,göylərin buluddan geydiyi donun sökülməsi kimi…

Yağış istəyinə,kamına yetdi,
Son damlaya kimi axdı,töküldü.
Göylərin ildırım ilməsi getdi,
Buluddan geydiyi donu söküldü.

Yenə Fatma nənə naxışlar saldı,
Göyün hanasına əlvan,narıncı.
Yenə Əhrimənin başına çaldı,
Ulu Hörmüz qövsi-qüzeh qılıncı.

P.S. Məmmədov Əhliman Zeyqəm oğlu(Əhliman Ərəfsəli) 1955-ci ildə Naxçıvam MR Culfa rayonunun Ərəfsə kəndində dünyaya göz açmışdır.1977 ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitunun filolologiya fakültəsini bitirmişdir.Orta məktəbdə dil-ədəbiyyat müəllimi işləmişdir.Ədəbi yaradıcılığa hələ məktəbdə oxuduğu müddətdə başlamışdır.Bir sıra şerləri qəzet və jurnallarda çap edilmiş,Respublika televiziyasında səslənmişdir.1988 ci ildə milli azadlıq hərəkatına heç bir basqıdan çəkinməyərək qatılımıyla,yüksək intellektual savadı və yüksək şair təbiylə ilham verən nadir mübarizə insanlarımızadandır.1994-cü ilin fevral ayında istedadının ən kamil,yetkin çağında 39 yaşında(bütün gözəl istedadları əjdaha kimi udan bir yaş,rəqəm 39-Əli Kərim,Vaqif Mustafazadə daha kimlər,kimlər…-M.İ.) dünyasını dəyişmişdir.

İşıqlar içində yatsın gözəl Şairimiz!

The post Qaranlıqdan aydınlığa bir yol gedir: Yolçusu – İnsan, Yolu – Mübarizə. appeared first on .






Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net