Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR – Mühüm YENİLİK
Hindistan qarşıdakı 10 il ərzində Çabahar limanını idarə etmək üçün İranla müqavilə imzalamağa hazırlaşır. Bu barədə “The Economic Times” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval sazişi imzalamaq üçün bu gün İrana səfər edəcək. Hindistan ilk dəfədir ki, xarici limanın idarəçiliyini öz üzərinə götürür. Yeni müqavilə 10 il müddətinə qüvvədə olacaq və avtomatik yenilənəcək.