İki qurumdan BİRGƏ ƏMƏLİYYAT: Silah aşkarlandı
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cavid Əlihüseyn oğlu Əliyevə məxsus bir ədəd “TOZ-8M” markalı yivli tüfəng və bir ədəd “Makarov” markalı pnevmatik tapança Sabirabad rayonu, Qaranuru kənd qəbiristanlığı ərazisində aşkar edilərək götürülüb.