“Тrendyol” Azərbaycana məhsulların çatdırılma qiymətini ARTIRDI: “Müəyyən maraqlı qruplar var ki…” – VİDEO
Türkiyənin məşhur onlayn alış-veriş platforması “Тrendyol” Azərbaycana məhsulların çatdırılma qiymətində dəyişiklik edib. Belə ki, onlayn ticarət şirkəti qiymətləri 2.5 dəfə artırıb. Lakin dünənə qədər 79.99 TL yəni, 4.23 manat hesablanan çatdırılma xidməti bu gündən etibarən 199.99 TL yəni 10.63 azn hesablanacaq.