Fazil Mustafaya sui-qəsd işi: 'İstəsəydik, güllə onun çiyninə yox, başına dəyə bilərdi'
Milli Məclisin üzvü Fazil Mustafaya silahlı hücumda suçlanan beş nəfərdən biri - Azər Səricanov deyir ki, deputatı din və dini inanclı şəxslərlə bağlı söylədiklərinə, sosial şəbəkələrdə yazdıqlarını görə cəzalandırmaq qərarına gəlib.