İlisu sultanlığının yadigarı - “Sumuq qala”nı bu il 3 mindən çox turist ziyarət edib
0
Böyük Qafqaz dağlarının ətəklərində yerləşən Qax rayonundan və onun dilbər guşələrindən olan İlisu kəndindən təbiət səxavətini əsirgəməyib. Səfalı havası, buz bulaqları, gur şəlalələri, iti axan çayları, sıx meşələri ilə zəngin olan İlisu kəndi hələ ta qədimdən insanların marağına səbəb olub