KOB inkişaf mərkəzləri ilə görüş keçirilib
0
Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyaclar nəzərə alınmaqla inkişaf etdirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti KOB inkişaf mərkəzləri ilə görüşüb. Hibrid formatda təşkil olunmuş görüşdə ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinin (KOBİM-lər) nümayəndələri iştirak ediblər