Avstriyada “Türk dünyasını birləşdirən ədəbi körpü” adlı silsilə tədbirlər təşkil olunacaq
0
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasının zəngin mədəni irsinin beynəlxalq aləmdə təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirir. Belə ki, iyunun 7-8-də Fond ilə Azərbaycanın Avstriyadakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Vyanada “Türk dünyasını birləşdirən ədəbi körpü” adlı silsilə tədbirlər təşkil olunacaq