Мы в Telegram
Добавить новость
123ru.net
World News in Azerbaijani
Апрель
2022

‘Polis rəisinin müavini narkotiki stolun üstünə qoydu…’

0
‘Polis rəisinin müavini narkotiki stolun üstünə qoydu…’

Bakı sakini Zaur Qarayev 1 ildən artıq həbsdə saxlanandan sonra onun təqsirsiz olduğu, şərlənərək həbs edildiyi ortaya çıxıb.

2021-ci ilin martından həbsdə olan Qarayev bugünlərdə bəraət alaraq, məhkəmə zalından azadlığa buraxılıb. Onun haqqında bəraət hökmü aprelin 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.

35-yaşlı Qarayev avtobusda qadının çantasından içində 762 manat olan pulqabını oğurlamaqda və satış məqsədilə külli miqdarda narkotik saxlamaqda ittiham olunurdu. İddia olunurdu ki, o, Xətai rayonu, 35-ci polis bölməsinə gətiriləndən sonra orada üstündən 12 qrama yaxın heroin tapılıb.

“Dedilər ki, ‘gedərik, polis idarəsində bilərsən’”

Ali təhsilli və evin tək oğlu olduğunu, anasıyla birlikdə yaşadıqlarını deyən Qarayevin sözlərinə görə, ümumiyyətlə, narkotikin heç bir növünü tanımır, 2013-cü ildən ibadətlə məşğuldur. O deyir ki, cinayət işinin materiallarında martın 16-da küçədə saxlandığı yazılsa da, əslində, onu martın 15-də, saat 16.30 radələrində evdən götürüb aparıblar. İkisi mülki geyimdə, üçü isə formada olan polislərin onu apardığını blokdakı qonşular da görüb:

“Qapını açdım, soruşdum ki, nə məsələdir? Dedilər ki, “gedərik, polis idarəsində bilərsən”. Fikirləşdim ki, bəlkə bəzi yerlərdə maska taxmadığıma görə məni cərimələyirlər, ona görə aparırlar. O gün telefonumu ustaya vermişdim. Polislərdən xahiş elədim ki, anamın nömrəsinə zəng eləsinlər, gələndə nigaran qalmasın. Samir adlı polisin telefonundan yolda zəng eləyib xəbər verdim”.

 

“O qədər döydülər ki, dedim, razıyam”

Qarayevin dediyinə görə, onu 35-ci polis bölməsinin rəis müavinin otağına aparıblar. Orada ona oğurluqla məşğul olduğu deyilib.

Lakin o, heç vaxt oğurluq etmədiyini, ümumiyyətlə, belə işlərdən uzaq olduğunu izah etməyə çalışıb. Qarayev vurğulayıb ki, xəbəri olmadığı cinayəti üzərinə götürməsi üçün işgəncələrə məruz qalıb:

“Əvvəl narkotikdən ümumiyyətlə, söhbət getmirdi. Həmin gecə məni saxladılar. Ertəsi gün – martın 16-da rəis müavini gətirib stolun üstünə narkotiki qoydu, boynuma götürməyi tələb elədi. Dedim ki, mənə aidiyyəti yoxdur onu. Bundan sonra əməliyyatçı Samirin otağına aparıb, o qədər döydülər ki, dedim, razıyam, nə desəniz, boynuma götürəcəm. Polislər Samir və Vüqar əvvəlcədən nə deməyi öyrətdilər, sonra videoçəkiliş elədilər, mən də etiraf elədim...”

Açılmamış oğurluqları boynuna qoymaq istəyiblər

Qarayev əlavə edib ki, sonradan onu Qaradağ və Yasamal rayon Polis idarələrinə etap ediblər. Orada da açılmamış oğurluqları boynuna qoymaq istəyiblər. Bu məqsədlə həmin polis idarələrində də işgəncəyə məruz qaldığını vurğulayan Qarayev məcbur qalıb, tələb olunan sənədləri imzaladığını deyir. Lakin sonradan həmin oğurluqlarla əlaqədar başqa şəxslər məsuliyyətə cəlb olunduğuna görə ona ittiham verilməyib.

Məhkəmədə dindirilən 35-ci polis bölməsinin əməkdaşları isə Qarayevin dediklərini təkzib ediblər. Onlar bildiriblər ki, bu şəxsin narkotiklərin dövriyyəsilə məşğul olması haqda məlumat alıblar, əməliyyat keçirib, binanın qarşısında onu saxlayıblar. O, işgəncəyə məruz qalmadan, könüllü şəkildə cibindəki narkotiki təqdim edib. Deyib ki, tanımadığı şəxsdən 350 manata alıb.

Maraqlıdır ki, polislərin ifadələrində oğurluq məsələsinə ümumiyyətlə, toxunulmayıb.

Telefon zəngləri araşdırılıb

Məhkəmə araşdırması zamanı Qarayevin anasının telefonuna gəlib-gedən zənglər araşdırılıb. Məlum olub ki, həqiqətən martın 15-də 35-ci polis bölməsinin əməkdaşının telefonundan ona zəng gedib. Bununla da məlum olub ki, Qarayev cinayət işində yazıldığı kimi, martın 16-da yox, 15-də saxlanıb. Ananın telefonuyla bölmənin başqa bir əməkdaşı arasında da danışıq olub.

“Bölmədə Vüqar adlı polis mənə nömrəsini vermişdi, demişdi ki, oğlun buraxılacaq, anlaşılmazlıq olub. Dedi ki, portmanatı oğurlanan qadına dəymiş ziyan ödənilsə, oğlun buraxıla bilər. Bilirdim ki, bu işin oğluma aidiyyəti yoxdur, amma yenə də 760 manatın əvəzinə 800 manat ödədim. Məni aldatdılar...” – təqsirləndirilən şəxsin anası məhkəmədə dindirilərkən belə deyib.

Məhkəmə araşdırmaları zamanı onun Yasamal və Qaradağ polis idarələrinə aparılması və dediyi digər hallar da təsdiqini tapıb. Ona görə də barəsində bəraət hökmü çıxarılıb.

Məhkəmə Qarayevə bəraət verməklə yanaşı, onun üzərindən çıxdığı iddia olunan 12 qram heroinlə bağlı da qərar verib.

Bu işə prosessual rəhbərliyi həyata keçirmiş prokurorluq həmin narkotikin kimə məxsus olduğunu, bu işə necə gəlib düşdüyünü araşdırmalıdır.






Загрузка...


Губернаторы России
Москва

Сергей Собянин: Центральной детской библиотеке имени Гайдара — 90 лет


Спорт в России и мире
Москва

Стали известны все участники РПЛ сезона-2024/2025


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
Даниил Медведев

Медведев с трудом вышел в четвертый круг "Ролан Гаррос"


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Жителям Подмосковья рассказали о лесопожарной обстановке в регионе на 1–3 июня





Путин в России и мире
Москва

Ташкент становится для Москвы точкой опоры – Астана проигрывает, уходя под Запад


Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире
Киев

Зеленский: после «заморозки» конфликт опять вспыхнет


Навальный в России и мире


Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Виктор Цой

Гагарина о конфликте из-за песни Цоя: "Я пострадавшая"



Москва

Москва. Народная приемная КПРФ в ВАО. Соколиная Гора. Депутат Сергей Обухов решил коммунальную проблему на Ткацкой

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net