Zaqatalada selə qarşı mübarizə tədbirləri görülür
0
Zaqatala rayonunda yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsini təmin etmək məqsədilə rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə, o cümlədən çay yataqlarının təmizlənməsi işləri davam edir. Görülən işlər əsasən rayon ərazisindən axan və zaman-zaman sel təhlükəsi yaradan Muxax çayında aparılır