Qax Dövlət Kukla Teatrı uşaqları yeni tamaşalarla sevindirəcək
Qax Dövlət Kukla Teatrının kollektivi Azərbaycan milli teatrının yaranmasının 149-cu ildönümünü yeni yaradıcılıq uğurları ilə qarşılayır. Hazırda teatrda 2022-ci ilin repertuar planına daxil edilən Rəhman Əlizadənin müəllifi olduğu “Tülkünün uçuşu” tamaşası, həmçinin Novruz bayramı münasibətilə uşaqlar üçün əyləncəli proqram üzərində məşqlər davam edir