Azərbaycanın və Rusiyanın Baş prokurorluqları arasında ikitərəfli münasibətlər uğurla davam etdirilir
Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il 22 yanvar tarixli Konvensiyaya əsasən, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Murad Niftizadənin ekstradisiyası haqqında qərar qəbul olunub