Şuşa sakini: Otuz ildən sonra doğma Şuşada olduğum üçün çox sevincliyəm
Otuz ildir Şuşanın həsrəti ilə yaşamışam. Düşünmüşəm ki, nə vaxtsa doğma torpaqlarımıza qayıdacağıq. Çox şükürlər ki, bu günü görmək bizə qismət oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşa sakini Kamil Rüstəmov bildirib.
Otuz beş yaşında buradan çıxdığını söyləyən Şuşa sakini bu gün sevincinin həddi-hüdudunun olmadığını deyib