Portuqaliyanın baş məşqçisi: Daha çox qol vura bilərdik
Millimiz DÇ seçmələri çərçivəsində qarşılaşdığı Portuqaliya yığmasına 0:3 hesabı ilə məğlub olub.
ONBİR rəqib komandanın baş məşqçisi Fernando Santos`un görüşdən sonra verdiyi açıqlamanı təqdim edir:
“Bu gün kifayət qədər qol imkanı yaratdıq. Azərbaycan millisinə daha çox qol vura bilərdik. Sadəcə, dəqiqlik çatmadı.
Azərbaycan millisinin çox yaxşı baş məşqçisi var.Onun yox, federasiyanın sayəsində baş məşqçi olmuşam. Porto şərabı ilə bağlı məlumatım yox idi. Amma buna çalışaram.
Azərbaycan Portuqaliyada 6-lı müdafiə oyunu göstərdi. Bu gün isə 4-3-3 sistemində oynadılar, bu da bizə geniş imkanlar yaratdı”.
(qol.az)