3305 gündəlik yoluxma aşkarlanıb, 40 ölüm
Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
3 305 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 3 423 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu gün, sentyabrın 4-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 40 nəfər də vəfat edib.
Açıqlamaya görə, indiyədək ölkədəümumilikdə 439 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 380 710-u sağalıb, 5 800-ü vəfat edib, aktiv xəstə sayı 53 052-ə düşüb.
Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 18 172, ötən müddət ərzində isəümumilikdə 4 535 906 test aparılıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.