Bu gün Azərbaycanda koronavirusa qarşı 68 mindən çox vaksin vurulub
0
Avqustun 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 68 min 21 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41 min 934, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 26 min 87 nəfər olub