İyulun 7-də Azərbaycanda koronavirusa qarşı 55 mindən çox vaksin vurulub
0
İyulun 7-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 55 min 169 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 24 min 211, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 30 min 958 nəfər olub