Türkiyədə kəmər döyüşündə qalib gələn kikboksçumuz Şikar Bədəlov Vətənə qayıdıb
0
Türkiyənin Konya şəhərində kəmər döyüşündə qalib gələn kikboksçumuz Şikar Bədəlov Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, kikboksçumuz üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.
İranlı İbrahim Xezai ilə qarşılaşan Ş.Bədəlov elə birinci raundun ilk dəqiqəsində rəqibini nokautla məğlub edib.