Filippində təyyarə qəzası nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb
0
Filippinin cənub-qərbində hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 45 nəfərə yüksəlib.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, bu barədə Filippin Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, 42 nəfər təyyarənin göyərtəsində, üç nəfər isə yerdə həlak olub