Мы в Telegram
Добавить новость
123ru.net
World News in Azerbaijani
Июнь
2021

Co Bayden və Boris Conson görüşdülər

0
Co Bayden və Boris Conson görüşdülər

ABŞ prezidenti Co Bayden və Britaniyanın baş naziri Boris Conson iyunun 10-da Böyük yeddilərin (G7) sammitindən əvvəl görüşərək ölkələri arasında uzun tarixə malik partnyorluğu dərinləşdirməyə və möhkəmləndirməyə hazır olduqlarını bildiriblər.

Conson Baydenin Britaniya ilə ən müxtəlif sahələrdə işləmək istəməsini “təmiz hava” adlandırıb:

"Bu, yeni, maraqlı bir hissdir və biz birlikdə çox müzakirələr apardıq. Bir saat 20 dəqiqəyə yaxın söhbətimiz oldu. Bu, uzun, çox uzun, yaxşı bir söhbət idi. Biz bu müddət ərazində məsələlərin nəhəng spektrini müzakirə etdik”.

Baydenin prezident kimi ilk xarici səfərindən məqsəd Avropa müttəfiqlərini Birləşmiş Ştatların etibarlı partnyor olmasına əmin etmək, Donald Trampın “Əvvəlcə Amerika” kimi təkəbbürlü tonunu dəyişməkdir.

Conson iki lider arasında bir sıra potensial fikir ayrılıqlarının ola biləcəyinə dair iddiaları rədd edib.

Söhbət ilk növbədə Şimali İrlandiyaya dair 1998-ci il sülh razılaşmasının qorunub saxlanmasından gedir.

Şimali İrlandiya narahatlığı

Bir sıra şərhçilər hələ bu görüşdən əvvəl sözü gedən sazişə təhlükə yarandığına görə Baydenin Consonu “məzəmmət” edəcəyini gözləyirdilər.

Lakin Conson deyib ki, onların arasında bu məsələdə də tam bir “harmoniya” olub.

1998-ci ildə imzalanmış və “Mübarək cümə” adı ilə tanınan razılaşma Şimali İrlandiyada onilliklərlə davam edən qan axıdılmasının qarşısını alıb. Bu razılaşmanın vasitəçiliyini Birləşmiş Ştatlar edib.

Lakin hazırda, Britaniyanın Avropa İttifaqından ayrılması ilə Şimali İrlandiya məsələsində də gərginlik yaranıb.

Məsələ burasındadır ki, Britaniya Avropa İttifaqından çıxdıqdan sonra onun bir parçası olan Şimali İrlandiya ilə İrlandiya Respublikası, yəni Avropa İttifaqı arasında sərhədin açıq qalması məsələsi ortalığa çıxıb.

Conson deyib ki, Birləşmiş Ştatlar, Britaniya və Avropa İttifaqı “Mübarək cümə” razılaşmasının qorunub saxlanmasını istəyirlər.

Consonun sözlərinə görə, bu məsələdə ABŞ və Britaniya arasında tam bir anlaşma var və o bu məsələ barədə nikbindir.

“Vaksin cəbbəxanası”

Consonla görüşündən sonra Bayden bəyan edib ki, Birləşmiş Ştatlar yarım milyard doza COVID-19 vaksini almağı və bunu təmənnasız olaraq yoxsul ölkələrə paylamağı planlaşdırır:

"Bizim vaksin ianələrimiz özümüzə rəğbət və ya potensial güzəştlər əldə etməyimiz üçün deyil. Biz bunu insan həyatlarını xilas etmək üçün edirik”.

Bayden elan edib ki, Amerika II Dünya Müharibəsində “demokratiya cəbbəxanası” olduğu kimi, indi də “vaksin cəbbəxanası” olacaq.

ABŞ prezidenti başqa ölkələri də Birləşmiş Ştatlardan nümunə götürməyə çağırıb.

O deyib ki, “qlobal iqtisadiyyatın dirçəlməsi hamımızın marağındadır”.

Bundan əvvəl, iyunun 10-da Conson və onun xanımı Kerri ABŞ prezidentini və birinci ledi Cill Baydeni Kornvol sahilindəki Karbis Bey kurortunda salamlamışdılar.

İyunun 11-də G7 qrupunun sammiti də məhz burada keçiriləcək.

Ruzvelt və Çörçilin yolu ilə

Bayden və Conson burada habelə yeni Atlantika Xartiyasını imzalayıblar. İki ölkə arasında dostluq və əməkdaşlığın əsasını qoyan klassik xartiyanı 80 il bundan əvvəl, 1941-ci ildə ABŞ prezidenti Franklin D. Ruzvelt və Uinston Çörçil imzalamışdılar.

Lakin yeni xartiya özündə Çin və Rusiya kimi ölkələrdən qaynaqlanan təhlükələri ehtiva edir. Bu sənəddə habelə ABŞ və Birləşmiş Krallıq azad ticarətə, insan haqlarına, beynəlxalq qaydalara əsaslanan dünya nizamına sədaqətlərini bildirirlər.

Co Bayden G7 sammitindən sonra iyunun 16-da Cenevrədə Rusiya prezidenti Vladimir Putinlə görüşməlidir.

ABŞ prezidenti Rusiyaya “ziyanlı” fəaliyyətlərinə görə xəbərdarlıq edib və bildirib ki, ABŞ demokratiyanın müdafiəsi üçün müttəfiqləri ilə bağlarını daha da gücləndirmək niyyətindədir.

Ağ Ev bildirib ki, Bayden Putinlə görüşü zamanı Krımın ilhaqı, Moskvanın Ukraynanın şərqindəki separatçılara dəstək verməsi, Ryanair aviaşirkəti təyyarəsinin ötən ay məcburən Minskə endirilməsi, bunun ardınca belarus fəalın həbs edilməsi, Aleksey Navalnının həbsxanaya salınması kimi məsələləri qaldıracaq.






Загрузка...


Губернаторы России
Москва

Собянин: Уникальная спецтехника помогает бесперебойной работе метро Москвы


Спорт в России и мире
Москва

Волейболисты «Зенита-Казань» стали чемпионами России


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
WTA

Мирра Андреева обыграла Вондроушову в третьем круге турнира WTA в Мадриде


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Доверяй, но проверяй: в Калачеевском районе власти экологическую проблему решили исключительно на бумаге





Путин в России и мире
Москва

Собянин: к 2030 году на долю Москвы придется 35–40% туристов в России


Лукашенко в Беларуси и мире
Минск

«Набей им морду, покажи им, что ты настоящий белорус». Лукашенко о поездке спортсменов на Олимпиаду




123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире
Киев

В Киеве СБУ проводит облавы против нелояльных Зеленскому


Навальный в России и мире


Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Певец

Певец Победы Александр Самсонов издал книгу о себе, семье и пути в профессию



Москва

Мостовой: «Спартаку» по силам выиграть Кубок России»

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net