Мы в Telegram
Добавить новость
123ru.net
World News in Azerbaijani
Май
2021

Köçkün: ‘Torpaqlarımızı geri alıblar… Bilmirəm bizi niyə qaytarmırlar? (Video)

0
Köçkün: ‘Torpaqlarımızı geri alıblar… Bilmirəm bizi niyə qaytarmırlar? (Video)

Qubadlıdan məcburi köçkün düşmüş Vəliyevlər ailəsi öz torpaqlarına qayıdacaqları günün intizarındadılar. Onlar deyirlər ki, 30 ildir çəkmədikləri əziyyət, zülm qalmayıb:

“Allah şəhidlərimizə rəhmət eləsin. Torpaqlarımızı geri alıblar. İndi də bilmirəm bizi niyə qaytarmırlar? Mən gedib orda quru torpağın üstdə də yaşamağa razıyam. İstənilən yerə getməyə hazıram, Qubadlıya, Cəbrayıla, Füzuliyə. Mən burada bu şəraitdə yaşamaq istəmirəm. Kanalizasiya yox, evin altı sudur, rütubətin içində xəstə düşümüşük. 7 nəfərlə burada necə yaşayaq?”

2020-ci ilin oktyabrında Qubadlı rayonu işğaldan azad olunub. Vəliyevlər ailəsi deyir ki, günü bugün öz torpaqlarına qayıtmağa hazırdılar.

Amma məcburi köçkünlər arasında öz torpaqlarına geri qaytımağa tərəddüd edənlər də var.

Uzun rəy sorğusu

Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı məcburi köçkünlər arasında rəy sorğusu keçirib. Müstəqil tədqiqat qrupunun apardığı sorğu, 40 sual əsasında, 1135 nəfər arasında aparılıb. Tədqiqat qrupunun eksperti Elşən Bağırzadə deyir ki, hökumət fərqli fikirləri öyrənərək, doğru qəbul etməyə çalışır:

“Əsas məqsəd odur ki, hökumət Qarabağa qayıdışı düzgün təşkil etmək üçün müəyyən informasiyalar əldə etmək istəyir. Bu, əsasən, məcburi köçkünlərin arzu və istəklərinin öyrənilməsidir. Köç məsələsini necə görürlər, hansı ərazilərə köçmək istəyirlər? Yaşayış məntəqələrini necə görürlər? Qarabağın gələcək iqtisadiyyatı ilə bağlı fikirləri nədir? Çünki orada sahibkarlıqla bağlı da xeyli sual var. 40-dan çox sual ünvanlanıb. Nəticələr əsasında təkliflər hazırlanaraq, hökumətə təqdim ediləcək”.

Elşən Bağırzadə deyir ki, hazırda rəy sorğusunun birinci mərhələsi başa çatıb, yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Bir neçə aydan sonra isə ikinci mərhələnin yekunlaşdırılması planlaşdırılır. Onun sözlərinə görə, ikinci mərhələnin yekunları daha dəqiq olacaq.

“Ağıllı kənd, ağıllı şəhər çox vaxt aparacaq…”

Konfliktoloq Əhməd Əlili düşünür ki, ən uğurlu variant beynəxalq ictimamiyyətdə “Yuqaslaslaviya təcrübəsi” adı ilə tanınan məcburi köçkünlərin könüllü qayıdış planı əsasında aparıla bilər. Amma Əhməd Əlili hesab edir ki, qayıdışın planlaşdırılma mərhələsi daha uzunmüddətlidir. Planlaşdırma elə dəqiqliklə hazırlanmalıdır ki, sonrakı mərhələlərdə problemlər çıxmasın:

“Geri qayıtma planı ev, məktəb, xəstəxana ilə yekunlaşmır. Orada bu insanların işləməsi üçün yerlər olmalıdır. Ən başlıcası təhlükəsizlik məsələləri icra olunmalıdır. Biz görürük ki, təhlükəsizlik məsələləri ilə bağlı suallar və narahatlıq qalmaqdadır”.

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl isə düşünür ki, Şuşa, Qubadlı, Zəngilan, Kəlbəcərin bəzi kəndlərində, yaşamaq üçün infrasturuktur olan yerlərə köçürülmə aparıla bilər:

“Yəni, bu məsələdə hiss olunur ki, operativliyi təmin edən, hərtərəfli hazırlanmış proqram yoxdur. Köçürülmə planı ağıllı şəhər və ağıllı kənd üzərində qurulubsa, bu uzun vaxt alacaq. Bu da narazılıqlar yaradacaq. Mən düşünürəm ki, hökumət köçürülmə planını sürətləndirməlidir. Özəlliklə, Qubadlı, Laçın və Kəlbəcər istiqamətində. İlk növbədə də Şuşaya əhali köçürülə bilər. Artıq oraya su da çəkilib”.

 

Plan var, vaxt bəlli deyil

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşma ilə bağlı Strateji Fəaliyyət Planı hazırlayıb.

Hazırda işğaldan azad olunmuş ərzilərdə bərpa və yenidən quruma işləri gedir. 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın ilkin işlərini görmək üçün 2,2 milyard manat ayrılması nəzərdə tutulub.

Amma köçkün əhalinin konkret nə vaxt evlərinə qaytarılacağı hələ bəlli deyil. Prezident İlham Əliyev bu mövzuda çıxışlarında bildirir ki, öncə azad olunmuş ərazilər minalardan təmizlənəcək, sonra işğal dövründə vurulan ziyan qiymətləndiriləcək ki, Ermənistandan kompensasiya tələb edilsin. Bundan sonra böyük tikinti işləri aparılacaq və əhali həmin bölgələrdə yerləşdiriləcək.

Ötən ilin sentyabrında Qarabağda başlayan sonuncu müharibə 44 gün sonra - noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan atəşkəs razılaşması ilə başa çatıb.

Bu əməliyyatla Azərbaycan Qarabağda 30 ilə yaxın erməni qüvvələrinin işağlında olan rayonları azad edib.

Qarabağda erməni yaşayış məntəqləri ilə Azərbaycan ordusu arasına isə Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib.






Загрузка...


Губернаторы России
Москва

Собянин сообщил о начале работы сезонных ярмарок выходного дня


Спорт в России и мире
Москва

Команда подмосковного главка Росгвардии заняла призовое место на чемпионате Центрального округа по стрельбе из боевого ручного стрелкового оружия


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
Елена Рыбакина

«Был риск завершить борьбу еще в первом матче». В России оценили победу Рыбакиной в Штутгарте


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Жёсткие экологические требования решат инновационные энерготехнологии





Путин в России и мире
Москва

Эксперт: корректировка порогов крупного и особо крупного ущерба по экономическим статьям оправдана и своевременна


Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Ru24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире

Навальный в России и мире


Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Ирина Серегина

Сотрудники Росгвардии Московской области написали «Диктант Победы»



Москва

ПАО «РосДорБанк» информирует об увеличении уставного капитала

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net