Мы в Telegram
Добавить новость
123ru.net
World News in Azerbaijani
Апрель
2021

‘Bu problemlərin də hamısını Rusiya yaradıb’

0
‘Bu problemlərin də hamısını Rusiya yaradıb’

Rusiya-Ukrayna və Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsinin Azərbaycana təsirinin olub-olmayacağı son günlərin müzakirə predmetinə çevrilib.

Bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyə səfərində hər iki ölkənin rəsmilərinin açıqlamaları Moskvada etirazla qarşılandı.

Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıdığını bir daha açıqca bəyan etdi.Ardınca Rusiyanın koronavirus səbəbi ilə Türkiyəyə uçuşları dayandırması bu münasibətin tərkib hissəsi kimi dəyərləndirildi.

Belə olanda gedişat Rusiya və Azərbaycan münasibətlərinə nə vəd edir və Krım böhranına Azərbaycanın yanaşması necə olmalıdır?

AzadliqRadiosunun bu yöndə suallarını cavablayan politoloq Nəsimi Məmmədli Ukrayna-Rusiya münasibətlərində vəziyyətin çox mürəkkəb olduğunu vurğulasa da, gedişatın hərbi müstəviyə keçəcəyini zənn etmir:

“Krımın işğalı məsələsində Ankaranın Kiyevə dəstəyi birmənalıdır”

“Əvvəla, Rusiyanın Türkiyə ilə çox yaxşı münasibətləri var, istər enerji, istər iqtisadiyyat, istərsə də turizm sahəsində. Bunları kənara qoymaq tərəflər üçün müəyyən problemlər yarada bilər. Eyni zamanda, Ukrayna-Türkiyə münasibətlərində də strateji müttəfiqlik var, bu, ikincinin ərazi bütəvlüyünü tanınmasını özündə ehtiva edir. Krımın işğalı məsələsində Ankaranın Kiyevə dəstəyi birmənalıdır. Faktiki olaraq, tərəflər arasında münasibətlər və maraqlar elə səviyyədədir ki, indiki mərhələdə bunlardan vaz keçmək, yaxud münasibətlərin gərginləşəcəyini demək çox çətindir”.

Nəsimi Məmmədli düşünür ki, Kiyevlə Moskva arasında hərbi toqquşmanın başlanması da tərəflər arasında çox böyük problemlər yarada bilər:

“Sadəcə, indiki gərginlik diplomatik hərarəti bir az da yüksəldəcək, amma hərbi münaqişəyə keçməyəcək”.

“Rusiyanı da qıcıqlandıracaq addımlara çox da rəvac verməməlidir”

Azərbaycanın mövqeyinə gəldikdə, o, bildirib ki, Bakı Ankara və Kiyevlə münasibətləri nəzərə almalıdır, ikinciyə siyasi dəstəyini mütləq mənada ifadə etməlidir.

Bununla belə o düşünür ki, amma Rusiyanı da qıcıqlandıracaq addımlara çox da rəvac verməməlidir:

“Azərbaycan kiçik dövlət olduğundan bu məsələdə hər hansı ehtiyatsız davranış problem yarada bilər. Çünki Rusiya Qarabağda kifayət qədər möhkəm mövqe əldə etdiyindən hər zaman Azərbaycana təzyiq etmək imkanları var. O ki, qaldı Krıma, Bakı Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə tanımalıdır, mövqeyini ifadə etməlidir, edir də. Düzdür, hökumət bəzi hallarda müəyyən məsələləri sükutla qarşılayır. Amma faktiki olaraq Azərbaycan Rusiyanın Krımı işğal etməsi faktını təqdir etmir”.

“Ukrayna da birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır”

Politoloq Qabil Hüseynli da Krımın işğal edildiyini və bütün dünyanın ərazinin Ukraynanın tərkibindən qoparılmış bölgə kimi tanıdığını qeyd edib:

“Azərbaycan da açıq şəkildə ifadə etməsə, belə deyəcək: biz Ukraynanın ərazi bütövlüyünü müdafiə edirik. Məncə, bu açıqlamada hər şey öz ifadəsini tapıb. Bunun Rusiya-Azərbaycan münasibətlərinə nə təsiri olmalıdır? Ukrayna da birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

Qabil Hüseynli Ukrayna və Azərbaycan xalqının oxşar problemlərlə üzləşdiyini hesab edir:

“Bu problemlərin də hamısını Rusiya yaradıb. Təbii ki, beynəlxalq hüququn qaydalarına söykənərək, xüsusilə Helsinki Yekun Aktının əsas müddəalarına uyğun olaraq Ukraynanın ərazi bütövlüyünü müdafiə edirik”.

“Azərbaycan-Rusiya münasibətləri soyuqlaşmamalıdır”

Amma o hesab edir ki, Azərbaycan-Rusiya münasibətləri soyumamalıdır:

“Çünki Azərbaycan Ukraynaya hərbi yardım etmir, silah satmır. Yaxud Azərbaycan könüllüləri orda döyüşmür. Amma BMT başda olmaqla bütün dünya Ukraynanın ərazi bütövlüyünü müdafiə edir. Belə Azərbaycan nə etməlidir, Ermənistan kimi deməlidir ki, Krım Rusiyanın tərkibində qalmalıdır? Eləcə də başqa interpretasiyalarla Ukraynanın ərazi bütövlüyünü şübhə altına almalıdır? Bakı öz mövqeyini birmənalı qaydada ortaya qoyub və bu belə də davam edir”.

Xatırlatma

2014-cü ildə Rusiya Ukraynaya məxsus Krimı öz ərazisinə birləşdirdiyini açqlayıb. Amma istər Ukrayna, istərsə də Qərb ölkələri bunu işğal kimi dəyərləndirib.Üstəlik, Ukraynanın Donetsk və Luqanski vilayətlərində separatizimin baş qaldırdığı bildirilir.Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır.






Загрузка...


Губернаторы России
Москва

Собянин: Москва взяла Гран-при премии «Умный город» за цифровизацию горхозяйства


Спорт в России и мире
Москва

В Москве завершился Кубок России по спортивному программированию


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
Елена Рыбакина

Елена Рыбакина рассказала о проблемах на турнире в Мадриде


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Учения по ликвидации лесных пожаров прошли в Богородском округе





Путин в России и мире
Москва

Путин поздравил Леонида Рошаля с днем рождения


Лукашенко в Беларуси и мире
Минск

Это - война: литовские беспилотники попытались атаковать Минск




123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире

Навальный в России и мире
Москва

Дух разделения в Святой Руси, или Можно ли лишиться сана за отпевание Навального*



Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Антонио Вивальди

«Вивальди. Времена Года. Шнитке. Кончерто Гроссо»: концерт в старинном соборе при поддержке Relax FM



Москва

В Москве в парке нашли труп мужчины

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net