Uşaq dünyaya gətirənə Ermənistanda 563, Azərbaycanda 118 dollar verilir
![Uşaq dünyaya gətirənə Ermənistanda 563, Azərbaycanda 118 dollar verilir](https://gdb.rferl.org/5d156b4e-c12c-4a5d-a030-ee7d1638f265_tv_w800_h450.jpg)
Bir çox ölkədə sosial müdafiə siyasətinin əsas istiqamətlərindən biri ana və uşaqlarla bağlıdır. Özəlliklə təbii artımın aşağı olduğu və bu səbəbdən demoqrafiq problemlərlə üzləşən, eləcə də iqtisadi çətinlik yaşayan ölkələrdə yeni doğulan uşağı olan ailələrə bəlli dəstək paketləri təklif edilir.