Мы в Telegram
Добавить новость
123ru.net
World News in Azerbaijani
Февраль
2021

Birinci Qarabağ müharibəsinə aidliyi güman olunan 7 meyitin qalıqları Azərbaycana verilib

0
Birinci Qarabağ müharibəsinə aidliyi güman olunan 7 meyitin qalıqları Azərbaycana verilib

Dünən, fevralın 12-də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarına aid olduğu güman edilən 7 meyitin qalıqları Şuşa şəhərinin yaxınlığında təhvil verilib.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən məlumat yaıb.

Məlumatda qeyd edilir ki, bu 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq həyata keçirilib:

“...Azərbaycan tərəfi bu istiqamətdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), həmçinin Rusiya Federasiyasının sülhməramlı qüvvələri ilə səmərəli əməkdaşlıq şəraitində fəaliyyət göstərir”

Açıqlamaya görə, təhvil prosesi Azərbaycan Hərbi prokurorluğunun, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin nümayədələrinin iştirakı və BQXK-nın vasitəçiliyi həyata keçirilib:

“...Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına aid olduğu güman edilən 7 meyitin qalıqlarını erməni tərəfi Şuşa şəhərinin yaxınlığında təhvil verib. Hazırda həmin meyitlərin qalıqlarının eyniləşdirilməsi məqsədilə aparılan təxirəsalınmaz zəruri prosedurlar bitdikdən sonra meyitlər ailə üzvlərinə veriləcək”

Məlumatda bu məsələ ilə bağlı aidiyyatı qurumlar və beynəlxalq təşkilatlarla iş aparıldığı vurğulanır.

“ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasının itkin düşmüş digər vətəndaşlarının sonrakı talelərinə aydınlıq gətirilməsi istiqamətində aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlar ilə birgə müvafiq tədbirlər görülür”

Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslərin sayı 3890 nəfər göstərilib. Bunların 3171- hərbçilər, 719 nəfər isə (71 uşaq, 267 qadın, 326 qoca) mülki şəxslərdir. Onların böyük əksəriyyəti Birinci Qarabağ müharibəsində itkin düşüb.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində yenidən ağır döyüşlər başlayıb. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu 44 günlük döyüşlər zamanı Azərbaycan tərəfdən 2 min 855 hərbi qulluqçunun həlak olduğu açıqlanıb.

44 günlük savaşda...

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bu il yanvarın 18-də döyüşlərdə həlak olan hərbi qulluqçularının sayı ilə bağlı son məlumat yayıb. Məlumatda qeyd edildiyinə görə, müharibədə həlak olan hərbi qulluqçulardan yanvarın 18-dək 2855 nəfər dəfn edilib. Onların, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.






Загрузка...


Губернаторы России
Москва

Собянин: Искусственный интеллект станет базовой медицинской технологией в Москве


Спорт в России и мире
Москва

В Московской области прошел чемпионат Центрального округа Росгвардии по стрельбе из боевого ручного стрелкового оружия


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
Новак Джокович

Кто отец Дианы Джокович?


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Zoomlion продемонстрировала последние достижения на выставке INTERMAT





Путин в России и мире
Москва

Петербургский автопром вышел из кризиса, заявил Беглов


Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире

Навальный в России и мире


Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Баста

Поклонник Басты сделал предложение девушке на концерте рэпера в Новосибирске



Москва

Литературно-поэтический час «Ушла на фронт ещё девчонкой...»

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net