Zaxarova Qarabağa BMT və ATƏT-in səfərləri barədə
“Dağlıq Qarabağ regionunda dayanıqlı stabil şərait yarandıqca ehtiyacı olanlara və zərəçəkənlərə kompleks humanitar dəstəyin kompleks vəzifəsi ön plana çıxır”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yanvarın 28-də keçirilən brifinqdə belə deyib.
Zaxarova deyib ki, Moskva Bakı və Yerevan arasında müvafiq səyləri, başqa ölkələrin, ilk növbədə Rusiyanın köməyi ilə yanaşı bu işə profilli beynəlxalq strukturların qoşulmasını faydalı hesab edir.
O bildirib ki, hazırda Dağlıq Qarabağda və oma bitişik rayonlarda Beynəlxalq Qırmızı Xaç Komitəsi fəal işlər görür.
O habelə BMT missiyasının Qaarabağa mümkün səfərindən danışıb:
“BMT-nin ixtisaslaşmış agentliklər sisteminə gəlincə isə bu təşkilatın rəhbərliyi Azərbaycan və Erməni tərəfləri ilə Dağlıq Qarabağa kompleks qiymətləndirmə missiyasının göndərilməsi yollarının razılaşdırmasını müzakirə edir”.
Rusiya XİN-in nümayəndəsi qeyd edib ki, Moskva BMT-nin Bakı və Yerevanla humanitar yardımın bütün məsələləri üzrə müzakirələrini dəstəkləyir.
Plan var, dəqiq tarix yoxdur
O deyib ki, Rusiya da Dağlıq Qarabağda vəziyyətin yaxşılaşdırılması üçün əhəmiyyətli yardımlar göstərir.
Zaxarova Rusiyanın Qarabağdakı fəaliyyətindən bəhs edib:
“Rusiya mütəxəssislərinin və sülhməramlılarının dəstəyi ilə 2020-ci il, noyabrın 14-dən bəri 51 min 400 qaçqın daimi yaşayış yerlərinə qaytarılıb, Erməni və Azərbaycan tərəflərinə 1532 meyit verilib, 750 hektar ərazi və 230 kilometr yol minalardan təmizlənib, demək olar 24 min partlayıcı predmet zərərsizləşdirilib, elektrik təchizatı tam bərpa olunub, 1300 sakinə tibbi yardım göstərilib”.
Mariya Zaxarova ATƏT-in Minsk qrupunun bölgəyə nə vaxt və hansı gündəliklə gələcəyi barədə suala cavab verərkən deyib ki, həmsədrlərin belə bir planı var:
“Dağlıq Qaarabağa səfər həqiqətən də həmsdərlərin planında var. Amma bugünə olan məlumata görə belə bir səfərin tarixi müəyyənləşdirilməyib. Bu səfərin detalları bütün tərəflərlə razılaşdırılmalıdır”.