Qurban Qurbanov: Bu xasiyyətinə görə, karyerasına böyük zərbə vurub
Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov Səbail`ə qalib gəldikləri (4:0) oyundan sonra təşkil edilən mətbuat konfransında danışıb. ONBİR təcrübəli mütəxəssisin açıqlamalarını təqdim edir: “Vacib qələbə idi. Futbolçularda həyəcan var idi. Çünki həm təxirə salınmış oyun idi, həm də ikinci dövrədə bu rəqiblə heç-heçə etmişdik. Səbail çox ciddi müqavimət göstərdi, yaxşı təsir bağışladı. Futbolçularıma da demişdim ki, […]
The post Qurban Qurbanov: Bu xasiyyətinə görə, karyerasına böyük zərbə vurub appeared first on ONBİR.
Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov Səbail`ə qalib gəldikləri (4:0) oyundan sonra təşkil edilən mətbuat konfransında danışıb.
ONBİR təcrübəli mütəxəssisin açıqlamalarını təqdim edir:
“Vacib qələbə idi. Futbolçularda həyəcan var idi. Çünki həm təxirə salınmış oyun idi, həm də ikinci dövrədə bu rəqiblə heç-heçə etmişdik.
Səbail çox ciddi müqavimət göstərdi, yaxşı təsir bağışladı. Futbolçularıma da demişdim ki, Neftçi`yə qarşı layiqli oyun göstərmişdilər. Çox təcrübəli, soyuqqanlı futbolçuları var, meydanda nə etdiklərini bilirlər. Oyunun gedişində çətinlik çəkdik. Amma oyunçularımız qələbə üçün hər şeyi etdilər.
Gerye əvəzedici heyətdədir. Hələ tam qəti qərarımı verməmişəm ki, mövsümün sonuna qədər əvəzedicilərdə qalacaq, ya yox. Futbolçunun cəzasının, intizamsızlığının müzakirə olunmasını istəməzdim. Bundan sonra özünü idarə etməsindən, hansı tərəfdən aparmasından, cəzaya necə yanaşmasından asılı olacaq.
Oyunçuya ehtiyacım var. Maksim Medvedevi sol cinahda oynadıram. Buna baxmayaraq, Geryeni cəzalandırdım. İstənilən futbolçu komandasına qarşı həddən artıq ciddi, məsuliyyətlə yanaşmalıdır. Gerye pis oğlan deyil, amma belə xasiyyətinə görə, karyerasına böyük zərbə vurub”.
(Qol.az)
The post Qurban Qurbanov: Bu xasiyyətinə görə, karyerasına böyük zərbə vurub appeared first on ONBİR.