Aftandil Hacıyev: Belə məğlubiyyəti gözləmirdim
Səbail`in baş məşqçisi Aftandil Hacıyev Qarabağ`a məğlub olduqları (0:4) oyundan sonra açıqlamalar edib. ONBİR gənc mütəxəssisin sözlərini təqdim edir: “Çətin qrafikə girdiyimizi bilirdik. Bu, futbolçular üçün ağırdır. Paltardəyişmə otağına nəzər yetirdim, iki-üç nəfərdə yüngül zədə olub. Erkən qollar ümidlərimizi alt-üst etdi. Fasilədən sonra oyunu dəyişə bilərdik. Rəqibin ustalıq səviyyəsi üstündür. Belə məğlubiyyəti gözləmirdim. Müdafiədə istədiyimiz […]
The post Aftandil Hacıyev: Belə məğlubiyyəti gözləmirdim appeared first on ONBİR.
Səbail`in baş məşqçisi Aftandil Hacıyev Qarabağ`a məğlub olduqları (0:4) oyundan sonra açıqlamalar edib.
ONBİR gənc mütəxəssisin sözlərini təqdim edir:
“Çətin qrafikə girdiyimizi bilirdik. Bu, futbolçular üçün ağırdır. Paltardəyişmə otağına nəzər yetirdim, iki-üç nəfərdə yüngül zədə olub. Erkən qollar ümidlərimizi alt-üst etdi. Fasilədən sonra oyunu dəyişə bilərdik. Rəqibin ustalıq səviyyəsi üstündür.
Belə məğlubiyyəti gözləmirdim. Müdafiədə istədiyimiz rəqabəti görə bilmirik. Hələ ki, iki müdafiəçi ilə davam edirik. 3-4-cü qollar fərdi səhvlərdən vuruldu. Böyükhesablı məğlubiyyətə səbəb sonuncu dəqiqələrdə buraxdığımız qollardır. Rəqibi təbrik edirəm. 4 gün sonra kubok matçı olacaq. Çalışacağıq ki, oyunçuları növbəti oyuna hazırlaşdıraq”.
The post Aftandil Hacıyev: Belə məğlubiyyəti gözləmirdim appeared first on ONBİR.