Mahir Emreli: Belçika klubu ilə razılaşa bilmədik
Adı Belçika klubları ilə hallanan Qarabağ`ın hücumçusu Mahir Emreli bu iddialara münasibət bildirib. ONBİR 23 yaşlı oyunçunun Qol.az`a verdiyi açıqlamasını təqdim edir: “Bu barədə yalan deyə bilmərəm. Çünki təklif olması ilə bağlı Belçika mətbuatında da, Azərbaycan mediasında da xəbərlər var idi. Belçika klubu ilə birbaşa mənim aramda əlaqə olmayıb. Amma menecerim arasında danışıqlar gedib. Lakin […]
The post Mahir Emreli: Belçika klubu ilə razılaşa bilmədik appeared first on ONBİR.
Adı Belçika klubları ilə hallanan Qarabağ`ın hücumçusu Mahir Emreli bu iddialara münasibət bildirib.
ONBİR 23 yaşlı oyunçunun Qol.az`a verdiyi açıqlamasını təqdim edir:
“Bu barədə yalan deyə bilmərəm. Çünki təklif olması ilə bağlı Belçika mətbuatında da, Azərbaycan mediasında da xəbərlər var idi. Belçika klubu ilə birbaşa mənim aramda əlaqə olmayıb. Amma menecerim arasında danışıqlar gedib. Lakin razılaşa bilməmişik. Yəni, rəsmi səviyyəyə çatmasa da, danışıqlar olub. Amma ümumiyyətlə, heç bir klubdan hələ rəsmi transfer təklifi gəlməyib”.
Qeyd edək ki, Mahir Emreli`nin adı Türkiyənin Beşiktaş klubu ilə də birgə çəkilir.
The post Mahir Emreli: Belçika klubu ilə razılaşa bilmədik appeared first on ONBİR.