Мы в Telegram
Добавить новость
123ru.net
World News in Azerbaijani
Январь
2021

Tramp tərəfdarlarını dağılışmağa çağırdı, Vaşinqtonda komendant saatı elan olundu

0
Tramp tərəfdarlarını dağılışmağa çağırdı, Vaşinqtonda komendant saatı elan olundu

ABŞ prezidenti Donald Tramp ABŞ Konqresinin qarşısında etiraz edən tərəfdarlarına müraciət edib.

O seçkinin saxtalaşdırıldığını bir daha iddia etsə də, tərəfdarlarını dağılışmağa, hüquq-mühafizə orqanlarını isə heç kəsə xəsarət yetirməməyə çağırıb.

ABŞ vitse-prezidenti Maykl Pens ABŞ Konqresinin qarşısına toplaşan etirazçılara müraciətlə yazdığı tvitdə bildirir ki, “zorakılıq dayandırılmalıdır və dərhal dayandırılmalıdır”.

O bildirib ki, bu zorakılıqda iştirak edənlər qanunun bütün sərtliyi ilə cəzalandırılacaqlar.

Delaver ştatından televiziya ilə canlı yayımlanan çıxışında prezident seçilmiş Co Bayden deyib ki, “Amerika demokratiyasına misilsiz hücum edilib”. O bildirib:

“Bu ixtilaf deyil, bu qanunsuzluqdur, bu xaosdur”.

O prezidnet Donald Trampı milli televizyaya çıxmağa, xalqa müraciət etməyə və Konstitusiyanı müdafiə etməyə çağırıb.

Bundan əvvəl Konqresin qarşısına toplaşmış Tramp tərəfdarlarından bir qrupu Konqresin binasına soxulub.

Vaşinqton meri Muriel Bouzer yerlo vaxtla axşam 18-də başlanan kommendant saatı elan edib.

Federal xəfiyyələrin və Milli Qvardiyanın Vaşinqtona göndərildiyi xəbər verilir.

 

Tramp tərəfdarları Konqresin işini pozurlar

ABŞ-da prezident Donald Trampın minlərlə tərəfdarı Konqres binasının qarşısına toplaşıblar.

Son xəbərlərə görə Senat işini dayandırıb və Konqresin bəzi üzvləri ofislərini təxliyə ediblər.

İki palatanın birgə iclasına sədrlik edən vitse-prezident Mayk Pensin də evakuasiya edildiyi deyilir.

Respublikaçı Milli Komitənin sədri Ronna MakDaniel deyib ki, kimin hansı tərəfdə olmasına baxmayaraq “bizim siyasətimizdə zorakılığa yer yoxdur”.

Bundan əvvəl xəbər verilirdi ki, ABŞ-da 3 noyabr seçkisinin Seçki Kollegiyası tərəfindən elan edilmiş nəticələrinin təsdiq edilməsi üçün ABŞ Konqresinin iki palatasının birgə sessiyası keçirilir.

Demokrat Co Bayden bu seçki nəticələrinə görə hazırkı prezident Donald Trampa qalib gəlib.

Nəticələrin Konqresdə təsdiqlənməsi prezident seçilmiş Co Baydenin yanvarın 20-də keçiriləcək inaqurasiyasından əvvəl sonuncu formal addımdır.

Bu sessiyalar adətən tamamilə mərasim xarakteri daşısa da, Trampın bu seçkinin nəticəsini qəbul etməkdən imtina etməsi indiki təsdiqlənmə prosesini qəzəbli debata çevirib.

Azı 14 senator

Vəziyyəti gərginləşdirən azı 14 respublikaçı senatorun və 140-dək respublikaçı Konqres üzvünün bəzi ştatların seçki nəticələrini mübahisələndirmək istəməsi olub.

Nəticələrin mübahisələndirilməsi qərarı respublikaçılar arasında parçalanma yaradıb.

Senatdakı respublikaçı çoxluğun lideri Miç Makkonnel öz partiyadaşlarını Seçki Kollegiyasının nəticələrini qəbul etməyə çağırıb:

"Seçicilər, məhkəmələr, ştatlar öz sözlərini deyiblər. Əgər biz bunların üstündən xətt çəksək respublikamıza ömürlük zərər vuracağıq”.

Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi iclas gününü “demokratik sistemimizə etimadın təminatı üçün nəhəng tarixi əhəmiyyətə” malik gün adlandırıb.

Azı 6 ştatın nəticələri

Respublikaçı millət vəkilləri azı altı ştatda – Arizona, Corciya, Nevada, Miçiqan, Pensilvaniya və Viskonsində keçirilmiş seçkinin nəticələrinə etiraz etməyi planlaşdırırlar.

Seçki nəticəsinə ifadə edilmiş hər bir etirazın iki saat ərzində Nümayəndələr Palatası və Senatda müzakirəsi tələb olunur.

Respublikaçıların bu cəhdlərinin Baydenin prezident olmasının qarşısını almaq üçün heç bir şansı yoxdur. Həm də respublikaçı millət vəkillərinin əksəriyyəti etirazların rədd edilməsinə tərəfdardır.

Sessiya başlanar-başlanmaz respublikaçı millət vəkilləri Arozona seçkisinin nəticələrinə rəsmi etiraz təqdim ediblər.

Mayk Pens Trampın təzyiqinə boyun əyməyəcəyini deyib

Birgə sessiyaya vitse-prezident Mayk Pens sədrlik edirdi. Xəbər verilir ki, Pens Trampın təzyiqlərinə baxmayaraq vitse-prezidentin ənənəvi proseduru yerinə yetirəcəyini, yəni Baydenin qələbəsinin təsdiq olunmasına qarşı çıxmayacağını bildirib.

Sessiyadan əvvəl verdiyi bəyanatda Pens deyib ki, onun təkbaşına seçki nəticəsini ləğv etmək səlahiyyəti yoxdur.

O bildirib ki, Birləşmiş Ştatların Konstitusiyası da ondan bunu tələb edir.

Seçki Kollegiyasının nəticəsinə görə Bayden Trampa 306-232 nüsbəti ilə qalib gəlib.

Mübahisələndirilən ştatların hakimiyyət orqanları və seçki rəsmiləri seçki saxtakarlığına dair Trampın iddialarını rədd ediblər.

Bundan başqa Ali Məhkəmə də daxil bir sıra məhkəmələr də bu iddialara aid vəsatətləri qəbul etməyiblər.

Lakin vəziyyəti son dərəcə gərginləşdirən Trampın minlərlə tərəfdarının Konqres binası qarşısına toplaşmasıdır.

Onlar Trampın seçkiyə dair iddialarını dəstəklədiklərini bildirilər.

Etiraz aksiyasının ciddi zorakılığa çevrilmək ehtimalı var.

Bundan əvvəl Donald Tramp Ağ Evin qarşısına toplaşmış tərəfdarları qarşısında etdiyi çıxışda seçkini və medianı kəskin tənqid atəşinə tutmuşdu.

O demişdi ki, “biz heç vaxt geri çəkilməyəcəyik, biz heç vaxt təslim olmayacağıq”.






Загрузка...


Губернаторы России
Москва

Собянин рассказал о строительстве судостроительной верфи в районе Нагатинский Затон


Спорт в России и мире
Москва

Полина Гагарина — про уход на пенсию и особые способности Сергея Лазарева


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
Андрей Рублёв

«Титул, которым я горжусь больше всего»: Рублёв одолел Оже-Альяссима и выиграл второй турнир серии «Мастерс» в карьере


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Вильфанд предупредил горожан об аномальном холоде и мокром снеге на неделе





Путин в России и мире
Москва

Ушаков: Путин и Пашинян расставят точки на «и»


Лукашенко в Беларуси и мире
Минск

Польский судья отказался от должности и попросил защиты у Лукашенко. Он обвинил Варшаву в нечестной политике




123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире

Навальный в России и мире


Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Анастасия Волочкова

Каков скандал. Катя Гордон режет правду матку про Анастасию Волочкову



Москва

Отопительный сезон продлили в Подмосковье из-за холодов

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net