Saxta sement mafiyasının işləkləri: Ramiz Mehdiyevin kürəkəninə arxayın olanlar dövlətə meydan oxuyur – Rəsmi açıqlama/YENİLƏNDİ
Azərbaycanda tikintilərdən sonra evlərdə çatların əmələ gəlməsi, ciddi problemlərin yaranması istər mütəxəssislər tərəfindən, istərsə də, sadə insanlar tərəfindən sementin keyfiyyətsizliyi ilə əlaqələndirilir. Bəzi şəxslər iddia edirlər ki, sement az vurulur və ya məsul şəxslər sementi "yeyir".