Lampard: ÇL transfer məsələlərində həlledici rol oynayır
Chelsea`nin baş məşqçisi Frank Lampard Çempionlar Liqasının transfer məsələlərində həlledici rol oynaya biləcəyini söyləyib.
ONBİR ingilis mütəxəssisin müsahibəsini təqdim edir:
“Çempionlar Liqasının gətirdiyi qazanclar çox böyükdür. Bunun fərqindəyik. Üst səviyyə oyunçular Çempionlar Liqasında oynamaq istəyərlər.
Çempionlar Liqasına vəsiqə qazanmağımız bəzi mövqelərə oyunçu almağımızı asanlaşdıracaq. Amma bu haqda da Arsenal və Bayern München`lə oynayacağımız matçlardan sonra danışacağıq”.