“Zadəganlar” 26 ildir məğlub olmadığı rəqibinə qarşı – Statistika
Bu gün İngiltərə Premyer Liqasında 36-cı tura start veriləcək.
ONBİR xəbər verir ki, turun ilk matçında Chelsea doğma meydanda liqadan düşməsi rəsmiləşən Norwich City`ni qəbul edəcək.
İki komanda arasında baş tutan matçların statistikasını təqdim edirik:
Qələbələr: 23 – 14
Bərabərlik: 18
İlk matç: Norwich 1-1 Chelsea (1936, Federasiya Kuboku)
Son matç: Norwich 2-3 Chelsea (2019, Premyer Liqa)
Qeyd edək ki, Norwich Chelsea`ni sonuncu dəfə 1994-cü ildə məğlub etməyi bacarıb. (3:0, Premyer Liqa) Həmin qarşılaşmadan sonra keçirilən 16 matçda “Zadəganlar” 12 qələbə qazanıb, 4 görüş isə bərabərliklə nəticələnib.