Мы в Telegram
Добавить новость
123ru.net
World News in Azerbaijani
Июль
2020

ABŞ İranın yadına Türkmənçay müqaviləsini salır

0
ABŞ İranın yadına Türkmənçay müqaviləsini salır

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, İranın Çinlə 25 illik müqavilə barədə danışıqlar aparması həm ölkə daxilində, həm də xaricdə kəskin tənqid olunur.

Tənqidçilər bildirirlər ki, bu müqavilə İranın bəzi hissələrinin Pekinə satılması deməkdir.

ABŞ Dövlət Departamenti də daxil bəzi tənqiçilər bu müqaviləni 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsi ilə müqayisə edirlər. Həmin müqaviləyə görə İran Rusiyanın xeyrinə Cənubi Qafqazdan əl çəkmişdi.

İran rəsmiləri bu kimi mülahizələrin əsassız olduğunu bildirir və deyirlər ki, danışıqlar başa çatdıqdan sonra müqavilənin mətni ictimaiyyətə açıqlanacaq.

Müqavilə barədə nə məlumdur?

Bu müqavilənin ideyası Çin prezidenti Xi Jinping tərəfindən 2016-cı ildə onun Tehrana səfəri zamanı təklif olunmuşdu.

Bunun ardınca “25 illik Strateji Partnyorluğa” dair müqavilənin müzakirələrinə başlanmışdı.

Bu müqaviləyə İranın ali rəhbəri ayətüllah Ali Khamenei xeyir-dua vermiş və onu “müdrik” adlandırmışdı.

Razılaşmanın mətni parlament tərəfindən təsdiq olunmalıdır, lakin hələki ictimaiyyətə açıqlanmayıb.

Buna baxmayaraq 18 səhifəlik razılaşma barədə sosial mediada müxtəlif məlumatlar yayılır. Onların bəzilərində deyilir ki, müqavilə iki ölkə arasında əməkdaşlığı, İranın enerji sektoruna Çin sərmayələrinin qoyuluşunu, İranda azad ticarət zonasının yaradılmasını nəzərdə tutur.

 

AzadlıqRadiosu İran və bəzi Qərb medialarına sızmış məlumatların səhihliyini müstəqil olaraq təsdiq edə bilmir.

Bununla belə şərhçilər deyirlər ki, sızmış məlumatlarda detallar yoxdur və bu, böyük bir ehtimalla yalnız çərçivə sənədidir.

Sözü gedən mətnin başlığında “yekun redaktə” yazılıb və başlanğıc tarix olaraq mayın 21-i, son tarix olaraq isə iyunun 19-u göstərilib.

Bu mətndən iki tərəf arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq nəzərdə tutulduğu görünür.

ABŞ-ın sanksiyalarına görə çətinliklərlə üzləşən İran son aylarda Çinlə əlaqələrə can atır. Çin İranın əsas ticarət partnyoru olaraq qalır, lakin bu ticarətin həcmi ABŞ-ın təzyiqləri altında xeyli azalıb.

Təhlilçilər bildirirlər ki, Çin İrana onun istədiyi dəstəyi vermək iqtidarında deyil və müqavilənin bir sıra bəndləri ümumiyyətlə həyata keçməyə bilər.

Durham Universitetindən Jacopo Scita AzadlıqRdaiosuna deyib ki, bu çərçivə sənədinin ən böyük problemi onun reallaşdırılmasıdır.

 

Müqavilə niyə ziddiyyətlidir?

Məqalədə deyilir ki, müqavilənin müzakirəsi İran üçün çətin vaxta təsadüf edir. Bir tərəfdən koronavirus pandemiyası, digər tərəfdən isə ABŞ-ın sanksiyaları Tehranın üzərinə böyük təzyiq salır.

Müqavilənin müddəti və miqyası da ciddi narahatlıqlara səbəb olub. Tənqidçilər bildirirlər ki, bu müqavilənin müzakirəsində Tehran zəif tərəfdir. Məhz buna görə də sənəd Pekinə qarşıdan gələn uzun illərdə İranın təbii sərvətlərinə çıxış verə bilər.

Marshal Fondunun Demokratiya Alyansı Naminə proqramının müdavimi, İranın Çin və Rusiya ilə münasibətlərinə dair kitab müəllifi Ariane Tabatabai sənədin İranda niyə belə tənqidlə üzləşməsinin səbəbini izah edir:

"Elitanın nöqteyi-nəzərindən bu müqavilə ilə Çin böyük vədlər versə də, nəticə etibarilə az töhfə verə bilər. Əhalinin nöqteyi-nəzərindən isə Çin İran üzərinə qoyulmuş sanksiyalardan fürsətlənir, İran bazarlarını ortabab keyfiyyətli mallarla doldurur, İran bizneslərini sıxışdırır”.

Pahlavi də tənqid edir

Bu tənqidlər İranın keçmiş prezidenti Mahmud Ahmadinejadın şərhlərindən sonra daha da kəskinləşib.

 

O iyunun axırlarında demişdi ki, “xarici bir ölkə ilə 25 illik müqavilə İran xalqından gizli müzakirə olunur”.

Tənqidçilərin sırasına mühafizəkar millət vəkili Ali Motahari də qoşulub. O Twitter-də yazıb ki, İran belə bir paktı imzalamazdan əvvəl Pekinin qarşısında Çindəki müsəlmanlarla rəftar məsələsini qaldırmalıydı.

Sözü gedən müqaviləni 1979-cu ildə İslam İnqilabı nəticəsində taxtdan salınmış İran şahının oğlu Reza Pahlavi də tənqid edib.

O deyib ki, “bu rüsvayçı razılaşma Çinə İranın sərvətlərini talamaq və ölkəmizin ərazisində öz qoşunlarını yerləşdirmək imkanı verir”.

 

ABŞ Dövlət Departamentinin farsdilli saytında planlaşdırılan saziş “ikinci Türkmənçay müqaviləsi” adlandırır.

Vaşinqtonun fikrincə bu sənəd İran xalqı üçün ziyanlı olduğuna görə detalları açıqlanmır.

 

İran rəsmiləri nə deyirlər?

Bu ayın əvvəllərində İranın xarici işlər naziri Mohammad Javad Zarif Çinlə danışıqlar apardığını təsdiq etmiş və bildirmişdi ki, “burada gizlətməli heç nə yoxdur”.

Bunun ardınca rəsmilər İranın Çinə ucuz neft satacağına və Kiş adasını Çinə verəcəyinə dair mülahizələri inkar ediblər.

Prezident Hassan Rohaninin köməkçisi Mahmud Vaezi ötən həftəsdonu demişdi ki, sazişin çərçivəsi müəyyənləşdirilib və danışıqlar böyük bir ehtimalla gələn ilin martınadək yekinlaşdırılacaq.

Vaezi əlavə etmişdi ki, saziş heç bir halda İranın hər hansı adası üzərində xarici nəzarəti və ya ölkədə Çin qoşunlarının yerləşdirilməsini nəzərdə tutmur.






Загрузка...


Губернаторы России
Москва

Собянин поздравил выпускников московских школ с праздником последнего звонка


Спорт в России и мире
Москва

Последний тур «шального» сезона. Сегодня «Оренбург» на своем поле сыграет с ФК «Спартак» (Москва)


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
Ирина Хромачёва

Россиянки Хромачёва и Сизикова пробились в финал парного турнира в Рабате


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Москвичам пообещали аномальную жару до +29 градусов на следующей неделе





Путин в России и мире
Москва

Активам прописали превентивные меры // Какое имущество США в России может быть изъято в качестве ответного шага


Лукашенко в Беларуси и мире
Минск

Путин пригласил Лукашенко в Россию




123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире
Киев

"Он такое любит". В Киеве рассказали, как генералы обманывают Зеленского


Навальный в России и мире


Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Вячеслав Бутусов

The Hatters, Вячеслав Бутусов, Zoloto, Polnaluibvi, Нейромонах Феофан, Юлия Пересильд — «Дикая Мята» объявила основной лайн-ап за три недели до…



Москва

Служба спасения Якутии сообщила об утонувшем в Мегино-Кангаласском районе

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net