CAS Manchester City`nin taleyini açıqladı
CAS Manchester City`nin UEFA tərəfindən Champions League`dən iki illiyinə uzaqlaşdırılma cəzasına xitam verdi. ONBİR Goal.com`a istinadən xəbər verir ki, ingilis klubu növbəti mövsümlərdə Avropanın qitəmiqyaslı turnirlərində heç bir maneə olmadan iştirak edə biləcək.
Qeyd etmək lazımdır ki, UEFA`nın “Şəhərlilər”i cəzalandırmasının əsas səbəbi komandanın Financial Fair-Play qaydalarını kəskin şəkildə pozması idi. Manchester City Avropanın qitəmiqyaslı turnirlərindən uzaqlaşdırılmışdı və 30 milyon avro pul ödəməli idi. CAS ilk cəzanı tamamilə ləğv edib və ödəniləcək məbləği 10 milyon avroya endirib.
Nəticədə, Premier League`i ikinci yerdə bitirməyi sığortalayan Manchester City növbəti mövsümdə Champions League`də iştirak edə biləcək.