Qısamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
0
İyulun 14-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazları üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, diskontlu, qısamüddətli dövlət istiqrazlarının həcmi 30 milyon AZN, nominal dəyəri 100 AZN, tədavül müddəti 364 gündür. İstiqrazlar 2021-ci il iyulun 13-də ödəniləcək