Napoli`nin ulduzu komandanı tərk edəcək
Napoli`nin ulduzu Arkadiusz Milik komandanı tərk etmək niyyətindədir. ONBİR Goal.com`a istinadən bildirir ki, neapolluların baş məşqçisi Gennaro Gattuso bu məlumatı təsdiq edib:
“Milik`dən daha yaxşı oyunçu tapmaq çox çətin işdir, amma bir oyunçu düşünürsə ki, onun vaxtı klubda sona çatıb, gərək ona qulaq asasan.
Heç kimi öz azad iradəsinin əksinə gedib saxlamaq olmaz, adətən belə məsələlərdə oyunçuların fikirlərini dəyişmək çox çətin olur. Gərək onların düşüncə tərzinə hörmətlə yanaşaq. “
Qeyd etmək lazımdır kı, Milik`in müqaviləsi gələn mövsümün sonunda başa çatır. Yeni müqavilə imzalamağa isti yanaşmayan 26 yaşlı polyak hücumçunun bu yay komandadan ayrılacağı gözlənilir. Bu mövsüm Napoli`nin heyətində 29 görüşdə forma geyən Arkadiusz Milik 13 dəfə fərqlənməyi bacarıb.