5 əvəzetmə qaydası futbolda yerini bərkidir
Futbol qaydalarının tənzimlənməsi ilə məşqul olan Beynəlxalq Futbol Assosiyasiyaları İttifaqı oyun ərzində 5 əvəzetmədən istifadə etmək qaydasını gələn mövsüm üçün təsdiqləməyə hazırlaşır. ONBİR The Athletic`ə istinadən bildirir ki, yaxın zamanda bu xəbər öz təsdiqini tapacaq.
Qeyd edək ki, 5 əvəzetmə qaydası koronavirus pandemiyası səbəbilə təxirə salınmış cari futbol mövsümünün bərpasından sonra qüvvəyə mindi. Bu qayda futbolçuları əlavə yük və zədələrdən qorumaq məqsədilə ərsəyə gətirilib, çünki bir çox liqalarda matçlar mövsümü ən qısa zamanda bitirmək məqsədilə qısa fasilələrlə oynanılır. Hər bir liqaya bu qaydanı tətbiq edib-etməməklə bağlı seçim verilib.
Daha öncə yayılan məlumatlara görə, 2021-ci ilə təxirə salınan Avropa Çempionatında da 5 əvəzetmə qaydasını tətbiq etmək planlaşdırılır.