Mourinho: Tottenham`də xoşbəxtəm
Tottenham`in baş məşqçisi Jose Mourinho klubdakı vəziyətindən razı olduğunu bildirib. Daha öncə Arsenal`ın keçmiş yarımmüdafiəçisi Paul Merson, 57 yaşlı portuqal mütəxəssisin yeni işindən narazı olduğunu demişdi. ONBİR Sky Sports`a istinadən Mourinho`nun sözlərini sitat gətirir:
“Bəzi insanların, hansılar ki, xəbərlərdə yer almaq üçün reallığa uyğun olmayan məlumat yayırlar, sözlərini təkzib etmək istəyirəm: mən Tottenham`də xoşbəxtəm. Siz məni, mənim burada xoşbəxt olduğumu anlamaq üçün yetərincə yaxşı tanıyırsınız. Çətindi anlamaq? Razıyam, çətin olmasaydı, bu mənim tərzimdə olmazdı.
Mənim oyunçularnan münasibətim yaxşıdır. Əgər siz məni narazı görürsünüzsə, səbəb pis nəticələrdir. Mən dəyişə bilmirəm. Amma reallıq bundan ibarətdir ki, mən xoşbəxtəm və səbirsizliklə növbəti mövsüm nələrin baş verəcəyini gözləyirəm. Mən bu oyunçularla iyulda işləmək istəyirəm.”