Haland: Mən hələ yüz faizlik hazır deyiləm
Borussia Dortmund`un yeni transferi, ilk 3 oyunda 7 qolla yadda qalan norveçli hücumçu Erling Haland Bundesliga`nın 20-ci turu çərçivəsində, Union Berlin üzərində qələbədən sonra (5:0), müsahibəsində tam olaraq formada olmadığını bildirib. ONBİR Goal.com`a istinadən bu müsahibəni təqdim edir:
“Bu heç də asan matç deyiliydi. Start heyətdə yer almağıma görə çox şadam, amma mən hələ yüz faizliq hazır deyiləm, formamı bərpa etməliyəm.”
Xatırladaq ki, 19 yaşlı futbolçu qış transfer pəncərəsi zamanı Borussia Dortmund`a Red Bull Salzburg`dan keçid almışdı. Haland Bundesliga tarixində ilk 3 oyunda 7 qol vuran yeganə futbolçu oldu.