Мы в Telegram
Добавить новость
123ru.net
World News in Azerbaijani
Январь
2020

'Məqsəd odur ki, videogörüntülərdə insanlar az görünsün'

0
'Məqsəd odur ki, videogörüntülərdə insanlar az görünsün'

Milli Şura və Müsavat Partiyası rəhbərliyinin dünən, yanvarın 20-də 20 Yanvar –Ümummilli Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanına tərəfdarları ilə birgə ziyarətlərinə məhdudiyyətlər qoyulduğu bildirilir.

Müxalifətçilərin bildirməsinə görə, polis onları kiçik qruplara ayırdıqdan sonra Xiyabana buraxıb. Üstəlik, onlar vurğulayıblar ki, yol boş olsa da, davamlı polis kordonları ilə üzləşiblər.

Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi AzadlıqRadiosuna deyib ki, bu baş verənlər Azərbaycanın müasir tarixi üçün ağrılı hadisədir: «Bu, artıq hakimiyyətin həm 20 Yanvar hadisələrinə, həm də faciəni yad edənlərə münasibətinin dəyişməsinin göstəricisidir».

 

S.Həzi əlavə edib ki, burada həm də Rusiyaya verilən mesaj var: «Hökumət Rusiya ilə münasibətləri yaxşılaşdırdıqca, 20 Yanvar hadisələrinə münasibətini adekvat olaraq dəyişdirir».

«Özlərini xalqa nümayiş etdirməyə çalışırlar»

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ehsan Zahidovun həmin məsələ ilə bağlı «Turan» agentliyinə deməsinə görə isə, bunlar bir qrup şəxsdir ki, millətin hüzn günü və ya hər hansı bir əlamətdar gündən sui-istifadə etməklə özlərini xalqa nümayiş etdirməyə çalışırlar. Onun fikrincə, bu qüvvələr dünən, yanvarın 20-də də özlərini xalqdan ayırıb, toplum halında ziyarətə gəliblər.

 

E.Zahidovun sözlərinə görə, onların gəlişi ilə xalqın gəlişində böyük fərq olub. Onun fikrincə, müxalifət sanki özlərini orada nümayiş etdirmək, qəsdən basa-bas yaratmaq, ictimai asayişi pozmaq qəsdində olub: ​«Amma xidməti vəzifəsini yerinə yetirən polis qüvvələrinin təmkinli davranışı, onlarla izahedici söhbətlərindən sonra belə cəhdlərin qarşısı alındı. Sözsüz ki, onlara da şərait yaradıldı, ziyarətə getdilər. Amma onlara bu ziyarətdən sui-istifadəyə imkan verilmədi».

 

«Bu, siyasi ayrıseçkilikdir»

Hüquqşünas Hafiz Həsənov isə AzadlıqRadiosuna deyib ki, hazırda baş verənlər hüquqi tənzimləmədən çox, Ümummilli Hüzn Günü ziyarətinin təşkili qaydası kimi qələmə verilir. Onun fikrincə, burada insanların rahatlığı nəzərə alınmalıdır. O hesab edir ki, insanların kiçik qruplara bölünərək ziyarətə buraxılması vaxt itkisi problemi yaradır.

H.Həsənova görə, digər tərəfdən, burada ayrı-seçkilik var: «Belə ki, kiçik qruplara bölünərək ziyarətə buraxılmaq kimi ziyarət forması digərlərinə tətbiq edilmir. Amma müxalif qüvvələrə tətbiq olunur. Deyərdim ki, bu, siyasi ayrıseçkilikdir».

 

H.Həsənov daha sonra bunları deyib: «Yəni, məqsəd odur ki, orada çəkiləcək fotolarda, videogörüntülərdə insanlar az görünsün. Bu liderlərin qüvvəsinin olmaması, ziyarətə ancaq kiçik qruplarla gəlmələri görüntüsü yaratmaq üçündür. Ancaq çox təəssüfedici bir haldır ki, hətta Ümummilli Hüzn Günündə belə bir qayda tətbiq olunur. Hesab edirəm ki, bu, beynəlxalq qaydalara və insanpərvərliyə uyğun olmayan məsələdir».

 

Hakimiyyət düşərgəsində isə heç də belə dəyərləndirmə ilə razılaşmırlar. Onlar hesab edirlər ki, müxalifətin bununla bağlı narazılığı Ümummilli Hüzn Günündən belə siyasi məqsədlərlə yararlanmaq niyyətindən xəbər verir.

Xatırlatma

Dünən, yanvarın 20-si 1990-cı ildə baş verən 20 Yanvar hadisələrinin 30 ili tamam oldu. Hər il yanvarın 20-də Bakıda və ölkənin bölgələrində 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

30 il öncə, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq dinc əhalini gülləbaran edib. Sovet ordusu daha sonra Azərbaycanın Neftçala, Lənkəran kimi rayonlarına da daxil olub. Ümumilikdə bu hadisələr nəticəsində 147 şəxs həlak olub, 744 nəfər yaralanıb, üstəlik, 841 nəfər həbs olunub.






Загрузка...


Губернаторы России
Москва

Собянин: 12 июня в Москве парковки будут бесплатными


Спорт в России и мире
Москва

Турниры, проходящие при содействии Федерации шахмат г. Ростова-на-Дону


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
ATP

Итальянский теннисист Синнер стал лучшей ракеткой мира в рейтинге ATP


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Элитная «вторичка» за год подорожала на 19%





Путин в России и мире
Москва

Глава Гагаузии Гуцул выразила желание снова встретиться с Путиным


Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире
Киев

В чем успех визита Зеленского во Францию и почему надо брать Mirage 2000


Навальный в России и мире


Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Песня

Дуэт МКС раскрыл тайны съемок телешоу «Песни от всей души» с Андреем Малаховым



Москва

Псковичка стала призером соревнований «День прыжков» в Москве

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net