Minlərlə adam evsizləri dəstəkləmək üçün küçələrdə gecələyib
Dünyada minlərlə insan küçələrdə gecələyib. BBC-nin məlumatına görə, iki minə yaxın britaniyalı gecəni London küçələrində yatıb. "The World's Big Sleep Out" aksiyası çərçivəsində baş tutan bu tədbirdə iştirakçılar evsizlərə kömək üçün vəsait toplamağa çalışıblar.