AŞPA sessiyası başlayır
![AŞPA sessiyası başlayır](https://gdb.rferl.org/92A53FDF-7674-4CF0-8A03-3567DC4C6E0D_w800_h450.jpg)
Bu gün, sentyabrın 30-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayır.
Bu il sessiya Avropa Şurasının 70 illiyinə həsr olunub və Assambleyanın keçmiş sədrlərinin iştirakı ilə keçiriləcək. Sabah, oktyabrın 1-də Fransa prezidenti Emmanuel Makron çıxış etməli və AŞPA deputatlarının suallarını cavablandırmalıdır.
Verilən məlumata görə, sessiyada Assambleya Bürosunun, Daimi Komitənin hesabatı dinlənməli, Avropada Ombudsman institutlarının vəziyyəti, Şimali Makedoniya ilə post monitorinq dialoqu, Moldovada demokratik institutlar, Yəhudi mədəni irsinin qorunması və başqa mövzular müzakirə ediləcək.
Xatırlatma
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan bir sıra öhdəliklər götürüb. Bura insan hüquqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və başqa öhdəliklər daxildir. Azərbaycan qurumun hələ də monitorinqi altındadır.