Mourinho: Mən qovulmağa layiq idim
Manchester United`in sabiq baş məşqçisi SKY Sports`a bir sıra açıqlamalar verib. Mourinho, United`in keçən ilə baxanda heç də yaxşı olmadığını və oyunçuların Ole Gunner Solskjaer rəhbərliyində göstərdikləri performansdan heç də həzz almadığını bildirib.
Dünən keçirilən matçda West Ham`a 2-0 hesabı ilə məğlub olan ‘’Qırmızı şeytanlar’’, Premier Liqada 8-ci yerə geriləyib. Keçən mövsüm isə, Mourinho qovulduqda komanda 6-cı yerdə qərarlaşırdı. Müdafiə futbolu oynatdığına görə tənqid edilən Jose, Ole`nin rəhbərliyindəki komandanın indiyə qədər keçirilən 6 matçın sadəcə birində birdən çox qol vurduğunu qeyd edib. ONBİR, Mourinho`nun SKY Sports`un United`in problemi ilə bağlı suala verdiyi cavabı sizlərlə bölüşür:
”Bu suala mənim cavab verməyim düzgün olmaz. Onlar çox arxadadırlar və bu suala cavab vermək heç də asan deyil. Mən iki mövsüm orada uğur qazanmışam və komandanı formalaşdırmışam, lakin deyəsən 3-cü mövsüm yetərincə yaxşı deyil idim. Mən qovuldum, bəlkə də qovulmağa layiq idim, çünki mən məsuliyyətli bir məşqçi idim, amma gördüyüm qədərilə hazırda onlar əvvəlkindən də pis vəziyətdədirlər.’’