PSG azarkeşləri Neymar`ı fitə basdılar
ONBİR L’Equipe saytına istinadən xəbər verir ki, bu mövsüm ilk rəsmi oyununa çıxan Neymar PSG azarkeşləri tərəfindən fitə basıldı. Sonuncu dəfə 126 gün bundan qabaq parislilərin heyətində meydana çıxan braziliyalı futbolçu bu gün ilk oyununda komandasının qələbə qolunu vuraraq PSG`ə 1-0 hesablı qalibiyyət gətirdi. Buna baxmayaraq azarkeşlər matçın sonuncu dəqiqəsinə kimi hər dəfə top Neymar`a gələrkən fit səslərindən istifadə edərək ona – “Sən f… övladısan” deyə kəlmələr işlədirdilər.
Bütün bunlara səbəb yay transfer pəncərəsində futbolçunun klubu tərk etmək istəməsiylə əlaqədardır.