Добавить новость
123ru.net
World News in Azerbaijani
Июль
2019

Azad Həsənov aclığı dayandırmaq çağırışlarına 'yox' dedi

0
Azad Həsənov aclığı dayandırmaq çağırışlarına 'yox' dedi

Müsavat Partiyasının fəalı, mühacir kimi yaşadığı Litvadan Bakıya - xəstə atasına baş çəkməyə gəldiyi gün həbs olunan Azad Həsənov 7 gündür ki, aclıq etdiyini deyir. Bu barədə o, iyulun 29-da öz məhkəməsində bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində prosesi izləməyə gələnlər A.Həsənovdan aclığı dayandırmasını istəsələr də, razılaşmayıb. Bildirib ki, huşunu itirənə qədər aclığı davam etdirəcək: «Bu, mənim haqsızlığa, ədalətsizliyə etirazımdır».

Məhkəmədə isə məlum olub ki, təxminən 3 ay öncə Bakı şəhər Baş Polis İdarəsinə göndərilən sorğuya hələ də cavab gəlməyib.

A.Həsənovun, yoxsa onu tutan polislərin doğru danışdığını aydınlaşdırmaqdan ötrü məhkəmə mayın əvvəlində Bakı şəhər Baş Polis İdarəsinə sorğu göndərib. Hər həftə məhkəmədə sorğuya cavab gəlmədiyi bəlli olur.

«Xahiş edirəm, protokola düşsün ki, məhkəmə bir vərəq kağızı Bakı şəhər Baş Polis İdarəsindən ala bilmir. Bu işdə məhkəmə polisin qarşısında aciz qalıb», – A.Həsənovun vəkili Osman Kazımov iyulun 29-da məhkəmədə belə deyib.

«Niyə hadisə yerində baxış keçirilməyib?»

Avropa Məhkəməsinin «Layıcov Azərbaycana qarşı» qərarı əsasında A.Həsənov haqqında cinayət işinə xitam verilməsi, onun həbsdən buraxılması barədə vəsatət də müzakirə olunub.

«Layıcov Azərbaycana qarşı» qərarında Avropa Məhkəməsi yazıb ki, T.Layıcov Balakəndə saxlandığı halda, onun Zaqatala rayon Polis Şöbəsinə aparılaraq, orada üzərinə baxış keçirilməsi pozuntudur. Şəxsin saxlandığı yerdə üzərinə baxış keçirilməsinə mane olan hal yoxdursa, baxış orada keçirilməliydi.

O.Kazımov bildirib ki, A.Həsənovu Hövsan qəsəbəsində saxladıqları halda, onu Bakı şəhər Baş Polis İdarəsinə gətirib, orada baxış keçiriblər: «Avropa Məhkəməsinin qərarında yazıldığı kimi, bu da şübhə yaradır. Niyə hadisə yerində baxış keçirilməyib? Avropa Məhkəməsinin bu presedent qərarına əsaslanıb, Azad Həsənov haqqında cinayət işinə xitam verilməsini xahiş edirəm».

İradə Həsənzadənin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

O.Kazımov qərara etiraz etsə də, nəticə dəyişməyib.

Məhkəmə avqustun 5-nə təxirə salınıb.

Aclıq üçün ərizə

«Azad Həsənov saxlandığı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə ərizə verib ki, həkim nəzarətinə götürülsün. Özüm də bu haqda təcridxananın rəhbərliyi ilə danışmışam. Ümumi durumu pis deyil», – O.Kazımov AzadlıqRadiosuna bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, aclıq etmək şəxsin hüququdur: «Əgər penitensiar müəssisələrdə saxlanılan şəxs aclıq edirsə, bu barədə saxlandığı müəssisənin rəhbərliyinə ərizə yazır. Onun qanunla nəzərdə tutulan bütün hüquqları təmin edilir».

Məhkəmədən sonra Bakının mərkəzində - Qış Parkı ərazisində A.Həsənova azadlıq tələbi ilə aksiya keçirilib. Dərhal əraziyə gələn polis aksiya iştirakçılarının əllərindəki «Azad Həsənova azadlıq!» yazılmış plakatları alıb, özlərini də polis bölməsinə aparıb.

Xatırlatma

Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub. Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmirlər.






Загрузка...


Губернаторы России
Москва

Собянин рассказал о развитии системы социальной помощи в Москве


Спорт в России и мире
Москва

В Кузьминках обустраивают пространство для отдыха и занятий спортом


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
WTA

Анна Калинская впервые вошла в топ‑20 рейтинга WTA


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

В сочинском парке «Ривьера» установили национальный рекорд по массовой медитации





Путин в России и мире
Москва

Путин направил телеграммы с благодарностью лидерам КНДР и Вьетнама


Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире

Навальный в России и мире


Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Дмитрий Шостакович

Томский оркестр "настроился" сыграть Шостаковича с мультимедиа



Москва

В Коломне допущены нарушения при организации и проведении торгов

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net