123ru.net
World News in Azerbaijani
Май
2019

Arif Əsgərovun ətrafında çənbər daralır – sabiq məmurun başı dərddə

0

Ziya Məmmədovun keçmiş müavini beynəlxalq korrupsiya işinə görə həbs edilə bilər; hüquqşünas: “Dünya Bankı kimi mötəbər qurumun xəbərdarlığı sıradan hadisə deyil…”

İqtisadçı Rövşən Əliyev adı Azərbaycan oxucusuna yaxşı tanış olan Kanadanın “Bombardier Inc.” şirkəti ilə bağlı status paylaşıb. Həmin statusda şirkətin korrupsiya əlaqələrinin Dünya Bankı tərəfindən qeydə alınmasından söhbət açılır. İqtisadçının statusu belədir: 

“Dünya Bankı Kanadanın ”Bombardier Inc.” şirkətinə korrupsiya barədə xəbərdarlıq edib. Xəbərdarlıq məktubu avadanlıqların göndərilməsi kontraktı ilə bağlıdır. Darıxmayın, yəqin işin bir ucu gəlib bizə çıxacaq. 2013-cü ildə “Bombardier Inc.” şirkəti Azərbaycan dəmir yollarının 500 km-lik bölməsində siqnal avadanlıqları quraşdırmaq üçün 340 milyon dollarlıq kontrakt bağlamışdı. Yəqin söhbət Kanada dollarından gedir, bu, 253 milyon ABŞ dolları edir. Ancaq yenə də çox görünür. Düşünürəm ki, o siqnal avadanlıqlarını qızıldan düzəldib “Swarovski daşları” ilə bəzəmirlər ki?”

2013-cü ildə bu məsələ qalxanda Azərbaycanın adını beynəlxalq aləmdə korrupsiya qalmaqalına bulaşdıran Arif Əsgərovun həbs ediləcəyi gözlənilirdi. Həmin günlərdə belə xəbərlər gəzirdi ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun müavini olmuş Arif Əsgərovun “kitabı” bağlanıb, onu həbs edəcəklər. Amma bu iddialar özünü doğrultmadı. Onun başı üzərində həbs təhlükəsi 2013-cü ildə real görünürdü. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O, bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Sonradan baldızının digər oğlunu da həbsə yolladı. O dövrdə Azərbaycanda Arif Əsgərovun ətrafında qalmaqallı olaylar səngimək bilmirdi. Ölkə xaricindən də “Bombardier İnc”lə əlaqəli iş materiallarının İsveç məhkəməsinə daxil olması da diqqəti bir daha ona yönəltmişdi.

Böyük yeyinti faktlarını üzə çıxaran isə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP-dir. Jurnalistlər aşkara çıxarıblar ki, Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier İnc”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un vasitəsi ilə böyük korrupsiyaya yol veriblər. Bundan sonra Rusiya vətəndaşı olan şirkət əməkdaşı həbs olunub.

“Bombardier” şirkətinin bir neçə top-menecerinin “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar yeyinti ötürülməsinə dair sövdələşmədə iştirak etdikləri üzə çıxdı. Qalmaqalda mərkəzi fiqur kimi Arif Əsgərovun adı hallanırdı. Söhbət “Bombardier”lə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədən gedirdi. Müqaviləyə əsasən, şirkət uzunluğu 503 km olan dəmir yolunda “İnterfilo 200″ siqnal sistemlərini quraşdırmalıdır.

Müqavilə imzalanarkən ”Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Həbs olunan Yevgeni Pavlovun vəkilləri bildirirdilər ki, o və “Bombardier” şirkətinin bir neçə top-meneceri Azərbaycanla korrupsiya sövdələşməsində ittiham olunurlar. “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilib.

Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950″ siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas” şirkətinə satılır. Bu şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, ovaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Həmçinin üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb. Həmin məmurun Arif Əsgərov olması haqda xəbərlərə isə o, susqun yanaşdı.

Göründüyü kimi, Arif Əsgərov vəzifədə olarkən adı böyük korrupsiya qalmaqallarında keçib, büdcənin dağıdılması, millətin pullarının talan edilməsi, həm də Azərbaycanın adının beynəlxalq aləmdə korrupsiya mövzusunda hallanmasına yol açan hərəkətlər edıb.

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənovun münasibətini öyrənib. Hüquqşünas  deyir ki, ortada çox ciddi ittihamlar var: “Bu məsələnin beynəlxalq aləmin diqqət mərkəzində olması, Dünya Bankı kimi mötəbər qurumun ”Bombardier Inc.” şirkətinə korrupsiya barədə xəbərdarlıq etməsi sıradan bir hal deyil. Bu, zəncirvari reaksiya doğura, Azərbaycanla əlaqəli görülmüş işlər yenidən araşdırma mövzusu ola bilər. Bu isə ölkəmiz üçün də yaxşı heç nə vəd etmir. Vaxtilə İsveç prokurorlarının rusiyalı şirkət əməkdaşına irəli sürdükləri ittiham üzrə azərbaycanlı məmurun adı hallanırdı. O dövrdə məhkəmə qeyri-müəyyən sonluqla nəticələndi. Hazırkı müraciət üzrə araşdırmalar başlansa, məsələnin hərtərəfli araşdırılacağı gözləniləndir. Belə olan halda  cinayəti təsdiqini taparsa, məsələdə Azərbaycan tərəfindən iştirak etmiş məmurun cəzalandırılması qaçılmaz olacaq. Əgər İsveç məhkəməsinin hökmündə yazılırsa ki, azərbaycanlı məmur rüşvətxordur, ən azı bizim hüquq-mühafizə orqanları bununla bağlı istintaq aparmalıdırlar. Aparmırlarsa, bunu niyə etmədiklərinin səbəbini izah etməlidirlər. Bu iş üzrə isə İsveç məhkəməsinin hökmünün olacağı gözlənilir. Yəni bu məsələnin üstündən sükutla keçmək mümkün olmayacaq. Rüşvət və korrupsiya ilə bağlı qanunlar bütün dünyada, demək olar ki, eynidir. Yəni istintaqın aparılması üçün də elə də ciddi bir maneə yoxdur. Xatırlayırsınızsa, ortada ciddi ittihamlar vardı. “Bombardier İnc.” şirkəti əməkdaşının digər əməkdaşlarla əlbir olmaqla, 340 milyon dollarlıq müqavilə bağlamaq üçün “Azərbaycan məmurunu ələ almaq barədə” ittiham səslənmişdi”.

Hüquqşünas deyir ki, mümkündür ki, məsələ ölkə daxilində araşdırılıb qiymət verilməklə məsələnin beynəlxalq müstəvidə araşdırılmasının qarşısı alınsın: “Azərbaycan dövləti həmin korrupsiya əməli ilə bağlı vətəndaşı məhkəmə qarşısına çıxarıb məhkum etməlidir. Həmin məmur – sabiq məmurdur, indi vəzifədədir, fərq etməz – qanun qarşısında cavab verməlidir. Söhbət külli miqdarda rüşvət almış məmurdan gedir. Azərbaycan qanunlarına görə, belə əmələ yol vermiş şəxsi 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir”.

Yada salaq ki, “Bombardier” şirkətinin adı qarışan beynəlxalq rüşvət qalmaqalı dünya mediasında da geniş müzakirələrə yol açmışdı. Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb./musavat.com






Загрузка...


Губернаторы России
Москва

Более 14 тысяч жителей СВАО получили новые квартиры по реновации — Собянин


Спорт в России и мире
Москва

Собянин: Москвичи завоевали золото на международной астрономической олимпиаде


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
ATP

Россиянин Качмазов победил 72-ю ракетку мира Ковачевича в первом круге турнира ATP в Чэнду


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Черный аист и тушканчик: стало известно, кого можно увидеть в Подмосковье





Путин в России и мире
Москва

Главы России и Туркменистана подтвердили настрой на укрепление партнерства стран


Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире
Киев

Зеленский хочет вступить в НАТО до завершения полномочий Байдена


Навальный в России и мире


Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Сергей Шнуров

Приговор написали как по нотам // Бывшую помощницу семьи Сергея Шнурова осудили за кражи



Москва

Новичок "Спартака" Абена: не замечаю, что Москва дорогой город, нормальные цены

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net