Bolqarıstanda təyyarə qəzaya uğradı: ölənlər var
Bolqarıstanın Plovdiv şəhəri yaxınlığında kiçik motorlu təyyarə qəzaya uğrayıb.
Beynelxalq.İnfo xəbər verir ki, nəticədə iki nəfər həlak olub. Şahidlərin bildirdiyinə görə, təyyarə uçan zaman qanadının biri sınıb.
Hadisənin baş verdiyi yerdə dronların yarışı keçirilirmiş, amma bunun qəza ilə əlaqəsi təsdiqlənməyib./axar.az