Мы в Telegram
Добавить новость
123ru.net
World News in Azerbaijani
Апрель
2019

Türkiyədə də problemlər soğandan başlamışdı…

0
Türkiyədə də problemlər soğandan başlamışdı…

Azərbaycan bazarlarında soğanın bahalaşması ərzaq təhlükəsizliyi problemini yenidən gündəmə gətirib.

Satıcı Mənsurə Hüseynova deyir ki, ötən bir ayda soğanın qiyməti 2 dəfə bahalaşıb. Əvvəllər 70 qəpiyə, 1 manata olan soğan indi isə 1 manat 50 qəpikdir. Onun fikrincə, bahalaşmaya da səbəb qıtlıqdır:

“Alıcılar danışa-danışa məcburdurlar almağa. Baha da olsa, neynəsinlər, acından ölməli deyillər ki? Elə rayonda da bu qiymətədir. Heç bahalıq rayon-şəhər fərq eləmir. Rayondan bu gün gəlmişəm kilosu 1 manat 50 qəpik. Qıtlıq yaranıb ona görə də belə bahalıdır. İndi soğan xaricdən daha çox gəlir. Əsas da Qazaxstan və Özbəkistandan”.

Mənsurə Hüseynova deyir ki, əvvəllər soğanın kilosu 70 qəpiyə, 1 manata olub. İndi isə 1 manat 50 qəpikdir.

Azərbaycanda son bir ayda soğanın qiyməti 2 dəfə bahalaşıb. Son günlər kələmin də kilosu 70-80 qəpikdən 1 manat 80 qəpiyə qalxıb. 

İqtisadiyyat naziri Şahin Mustafayev aprelin 5-də jurnalistlərə açıqlamasında soğan və kələmlə bağlı vəziyyəti araşdırdıqlarını deyir.

Nazir əlavə edir ki, Azərbaycana idxal olunan kələm, soğan və kartofun idxalı rüsumdan azad olunacaq, ixracına isə rüsum tətbiq olunacaq. Amma o hökumətin həmin qərarları üçün konkret zaman deməyib. 

İqtisadçı Qadir İbrahimli isə məsələyə bir məhsulun bahalaşması kimi deyil, bütövlükdə ölkədə ərzaq təhlükəsizliyi məsələsi kimi baxmağın tərəfdarıdır. O özünün Facebook hesabında İranın təcrübəsini misal çəkir. Bildirir ki, qıtlığı hiss edən kimi hökumət ölkədən soğan və kartofun ixracına qadağa qoydu ki, İranda kəskin bahalaşmanın qarşısını ala bilsin.

Xaricə böyük həcmlərdə soğan aparılıb

Azərbaycanda isə fermerlər bu qıtlıq başlamazdan az əvvəl başqa ölkələrə külli miqdarda soğan satdıqlarını deyirlər.

Onlardan biri Ağdamdan olan fermer Nemət Nəsirov deyir ki, dekabr-yanvar aylarında başqa ölkələrə 30 yük maşını soğan satıb. Kilosu 50-55 qəpikdən ümumilikdə 600 ton məhsul satıb. Deyir ki, yerli alıcı olsaydı, xaricə yox, elə onlara satardı:

“Yerli bazarda soğanı satmağa alıcı tapmırdıq. Sahələrdə qalmışdı. Məcbur olduq yığdıq anbarlara, kimin yeri varsa ora. Heç iki ay keçməmişdi ki, xarici ölkələrdə soğanları xəstəlik vurdu. Onlar da Azərbaycanda ucuz olduğundan üz tutdular bizə. Ən çox da Türkiyəyə apardılar. Azərbaycanda təlabatı ödəyəcək qədər soğan qalmadı. Mən özüm Gürcüstan, Türkiyə, Yunanıstan, Ukraynaya satdım soğandan. Elədir ki, alıcı varsa, məcbursan satasan”.

Bəs görəsən Bakı sakinləri soğanın bahalaşması barədə nə düşünürlər. AzadlıqRadiosu sorğu keçirib:

Kənd Təsərrüfatı Nazirliyinin soğanın bahalaşması ilə bağlı açıqlamasında bildirilir ki, təkcə bu ilin yanvar-fevral aylarında ötən illə müqayisədə 2-3 dəfə çox – 7 min ton soğan ixrac olunub. Amma bu daxili bazarda soğanın bahalaşmasına ciddi səbəb ola bilməz:

“Çünki ixraca yönəlmiş soğan ölkədə istehsal olunan məhsulun kiçik hissəsidir. Sadəcə, müəyyən qədər ajiotaj var və bu, yerli istehsalçıları qiymətləri artırmağa sövq edib”.

Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə hesab edir ki, hökumət bu problemi təkzib etməkdənsə, eyni halın bir daha təkrar olunmaması üçün tədbirlər görməlidir. Onun fikrincə, Kənd Təsərrüfatı Nazirliyi proqnozlaşdırma aparmalı idi. İstənilən məhsula qıtlığın aradan qaldırılması üçün tədarük görməli idi:

“Anbarlarda saxlanan soğanın 7-8 min tonu Türkiyəyə ixrac olundu. Bu da Azərbaycanın yarım aylıq təlabatı qədərdir. Azərbaycan ildə 150-180 min ton soğan istehlak edir. Bu azalma da qiymət artımı ilə nəticələndi. By gün də bazarda qiymət artımı davam edir. Bəzi keyfiyyətli soğanın qiymətində daha da bahalaşma var”.

Darıxmayın yaz gəlib

Vahid Məhərrəmli isə deyir ki, soğan, kartof, kələm və digər məhsullar Azərbaycanda mövsüm vaxtı bol olur. Hökumətin planı olmalıdır ki, bu məhsulları vaxtında tədarük eləsin. Belə olanda həm fermerin məhsulu sahədə qalmaz, həm də qeyri-mövsüm dövründə qıtlıq yaranmaz. Üstəlik hələ xaricə də ixrac etməyə məhsul qalar. Bazarlarda da belə bahalaşma olmaz.

Kənd Təsərrüfatı Nazirliyi isə qiymət artımını suni ajiotajla əsaslandırır. Nazirliyin açıqlamasında bildirilir ki, soğanın bahalaşması üçün ciddi səbəb yoxdur.

Ağdamdan olan fermer Nemət Nəsirovsa deyir ki, aprelin ortasında tarlalardan təzə soğan bazara çıxan kimi qiymətlər uzuclaşacaq. O ürəklə deyir ki, təkcə özü bu il 20 hektar ərazidə soğan əkib. Hər hektardan 70 ton məhsul götürməyi gözləyir. Amma ümid edir ki, soğanı əlində qalmayacaq, satılacaq.

Şərhçilər diqqəti belə bir məqama da çəkirlər ki, Türkiyədə ötən qış soğanın sıçrayışlı bahalaşması hökuməti ciddi tədbirlərə əl atmağa vadar etmişdi.






Загрузка...


Губернаторы России
Москва

Собянин: Начался прием заявок на конкурс грантов для социальных НКО


Спорт в России и мире
Москва

Чемпионат по служебному биатлону состоялся в столичном главке Росгвардии


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
Ролан Гаррос

Теннисист Джокович побил рекорд Федерера по победам на турнирах "Большого шлема"


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Глава "Рексофт" - в топ-100 отечественных ИТ-лидеров





Путин в России и мире
Москва

Путин прислал траурный венок на похороны полярника Чилингарова


Лукашенко в Беларуси и мире
Минск

Прямое авиасообщение открыли между Ульяновском и Минском




123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире
Киев

Киевский эксперт: Запад может нанести ядерный удар первым


Навальный в России и мире
Москва

«Не тот человек в земле, не тот человек в Кремле». Память Навального почтили в регионах



Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Metallica

Лидер Metallica Джеймс Хэтфилд рассказал, что ему снились кошмары перед туром



Москва

РИА Новости: силовики задержали главу оккультной организации Суликову

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net