Мы в Telegram
Добавить новость
123ru.net
World News in Azerbaijani
Январь
2019

Müəllim testdən keçmirsə, məsuliyyəti kim daşımalıdır?

0
Müəllim testdən keçmirsə, məsuliyyəti kim daşımalıdır?

Təhsil Nazirliyi ən yaxşı müəllimlərin imtahanını keçirib, amma bu müəllimlərin yalnız 6 faizi sualların yarısından çoxuna cavab verə bilir?

Söhbət Təhsil Nazirliyinin dekabrın 15-də keçirdiyi qapalı test imtahanından gedir. “İstedadlı şagird üçün istedadlı müəllim” adlanan müsabiqədə iştirak edən müəllimlərin xüsusi istedadlı uşaqlara dərs keçməsi nəzərdə tutulmuşdu.

İmtahanda iştirak edən informatika müəllimlərinin yalnız 10 faizi sualların yarıdan çoxunu düzgün cavablandıra bilib, fizika üzrə bu göstərici 6 faiz olub.

Müəllimlər öz üzərlərində işləmirlər

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri Kamran Əsədov deyir ki, bu nəticələr müəllimlərin hazırlıqsız olmasından xəbər verir:

“Təkcə 2017-ci ildə 118 uşaq həmin olimpiadanın qalibi olub, medallar gətirib. 10-11-ci sinif şagirdlərinin xarici dillərdə cavab verdiyi bu suallara əməkdar müəllimlər, təcrübəli müəllimlər cavab verə bilməyiblər. Problemin kökündə o durur ki, bizim müəllimlərimiz öz üzərlərində işləmirlər”.

Kamran Əsədov deyir ki, şagirdlərin qalib gəlib, müəllimlərin testdən keçə bilməməsi onu göstərir ki, həmin şagirdləri əslində repetitorlar hazırlayıb və dövlətin orta təhsili məqsədinə çata bilmir. Onun sözlərinə görə, orta məktəb müəllimlərinin belə zəif olmasına görə məsuliyyəti Təhsil Nazirliyi daşıyır.

Təhsil Nazirliyi isə report.az-a açıqlamasında bu imtahanların nəticələrini tənqid edənləri məsələyə geniş pəncərədən baxmamaqda qınayıb. Açıqlamada deyilir:

“Dünyanın aparıcı ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin 2 faizini təşkil edir. Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyənləşdirilməsi üçün keçirilən müsabiqədə təqdim olunan tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də, bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır”.

Açıqlamada deyilir ki, dünyanın hər bir yerində beynəlxalq olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirə bilən müəllimlər barmaqla sayıla biləcək qədər azlıq təşkil edir.

YAP hakimiyyəti illərində təhsil geriləyib

Əslində, ilk dəfə deyil ki, orta məktəb müəllimləri imtahanlarda nəticələri müzakirə mövzusu olur. 2014-cü ildən bəri orta məktəb müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilir.

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri Kamran Əsədov deyir ki, 2015-ci ildə 12 bölgədə keçirilən bu cür diaqnostik qiymətləndirmədə müəllimlərin təqribən 30 faizi “əla”, təqribən 55 faizi “yaxşı” nəticə göstərib, 15 faiz müəllim isə “pis” nəticə göstərmişdi və bu orta məktəb müəllimlərinin səviyyəsi barədə narahat olmağa əsas idi.

Milli Məclisin Asim Mollazadə isə deyir ki, islahatların nəticə verməsi üçün zaman lazımdır:

“Möcüzəvi, qısamüddətli dəyişiklik gözləmək lazım deyil. İş gedir. Hazırda Milli Məclisdə Elm və Təhsil Komitəsində ümumi təhsil haqqında qanun müzakirə edilir və 1-ci oxunuşda qəbul edildi. Bir neçə istiqamətdə zəruri islahatlar aparılmalıdır. Maliyə məsələləri həll olunmalıdır. Bura müəllimlərin əmək haqlarının qaldırılması da daxildir”.

Təhsildə dəyişikliklərə 2013-cü ildə, Mikayıl Cabbarovun nazir təyin olunmasından sonra start verilib.

Tənqidçilər deyirlər ki, son 25 ildə, Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu müddətdə təhsilin keyfiyyəti aşağı olub, indi islahat gərək daha əsaslı və sürətli aparılsın. Təkliflərdən biri budur ki, diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər ümumiyyətlə məktəblərdən kənarlaşdırılsın.






Загрузка...


Губернаторы России
Москва

Собянин: Москва взяла Гран-при премии «Умный город» за цифровизацию горхозяйства


Спорт в России и мире
Москва

Команда подмосковного главка Росгвардии заняла призовое место на чемпионате Центрального округа по стрельбе из боевого ручного стрелкового оружия


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
Дарья Касаткина

Теннисистка Касаткина заявила, что скучает по России, но пока не может приехать


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Zoomlion продемонстрировала последние достижения на выставке INTERMAT





Путин в России и мире
Москва

Путин поручил сократить время пути поездов от Москвы до Черноморья до 16 часов


Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Ru24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире

Навальный в России и мире


Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Сергей Прокофьев

Мариинский театр исполнил оперу Прокофьева в честь дня рождения композитора



Москва

Расписание пригородных поездов изменится с 1 мая в связи с работами на перегоне «Дорохово – Можайск»

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net